14.05.2019

Davudoğlu Ərdoğanın sonu olacaq?!

Davudoğlunun daha çox Diyarbəkir, Batman, Bingöl kimi rayonlarda fəal iş apardığı iddia olunur

Türkiyənin sabiq baş naziri Əhməd Davudoğlunun yaradacağı partiya barədə yeni təfərrüatlar məlum olub. «Haberler«ə istinadla xəbər verilir ki, Davudoğlunun Diyarbəkirdə qatılacağı bir iftar süfrəsində yeni partiya ilə bağlı açıqlama verməsi gözlənilir.

Məlumata görə, Davudoğlu partiya yaradılması işlərini başa çatdırmaqdadır və AK Partiyanın əhəmiyyətli şəxsləri ilə danışıqlar aparır. Davudoğlunun görüşdüyü şəxslər arasında keçmiş nazirlərdən Mehmet Şimşək və Cevdet Yılmaz, keçmiş baş nazirin müavini Numan Kurtulmuş da var. AKP-nin sabiq sədr müavini Abdulla Başçı və sabiq deputat Ramiz Altunun da Davudoğlu ilə birlikdə hərəkət etdiyi deyilir.

Davudoğlunun daha çox Diyarbəkir, Batman, Bingöl kimi rayonlarda fəal iş apardığı iddia olunur. Yeni partiyanın embleminin isə yaşıl fon üzərində ağ dörd yarpaqlı yonca olması planlaşdırılır.

Xatırladaq ki, Əhməd Davudoğlu 2014-cü ilin avqustundan 2016-cı ilin mayına qədər Türkiyənin baş naziri olub. 2014-cü ilin avqustundan 2016-cı ilin mayına qədər o, həmçinin AK Partiyasına rəhbərlik edib.

Mənbə sputnik.az


Digər xəbərlər


Erməni qatil Qarabağla bağlı etiraf etdi - Video

Qondarma Qarabağ rejiminin “təhlükəsizlik şurası”nın keçmiş rəhbəri Vitali Balasanyan azərbaycanlılara qarşı milli zəmində cinayət törətməsini etira...

Ərdoğan sanksiyalara meydan oxudu

Suriyadakı antiterror əməliyyatına görə Türkiyəyə qarşı sanksiya tətbiq etmək niyyətində olan ölkələr bilməlidir ki, Ankaranı bununla qorxutmaq mümkü...

Ərdoğan “Barış pınarı”nı bitirmək üçün şərt qoydu

“Fransa Prezidenti Emmanuel Makrona Ruanda, Əlcəzairdə törədkikləri qətlimaları xatırladaraq dedim ki, yüz minlərlə insanı siz qətl edibsiniz: “Güzgü...

ABŞ-dan İrana hücum!

ABŞ İrana qarşı sentyabrın sonunda gizli kiberəməliyyat həyata keçirib. Bu məlumatı “Röyter” agentliyi yayıb. Məlumata görə, hücum Səudiyyə Ərəbis...