30.05.2019

Fransa erməniləri peşiman etdi

Fransanın Val d’Oise departamentinin İnzibati Məhkəməsi Arnuvil şəhəri ilə Dağlıq Qarabağdakı erməni separatçıları arasında imzalanan «Dostluq Xartiyasını» ləğv edib.

«Sənədi» Fransanın Arnuvil şəhərinin meri Paskal Dol ilə hazırda Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Azərbaycanın Xocavənd rayonunun Şeher yaşayış məntəqəsi arasında imzalanmışdı.

Dağlıq Qarabağa qanunsuz səfər edərək orada separatçılarla görüşən və «sənəd» imzalayan merə qarşı ittiham Fransa hökuməti tərəfindən ölkənin regionları ilə əməkdaşlığa dair qanunun pozulması maddəsi ilə irəli sürülmüşdü. Şikayətə baxan Fransanın Val d’Oise departamentinin Cergy-Pontoise İnzibati Məhkəməsi fransalı merin əleyhinə qərar verib.

Qeyd edək ki, 2018-ci ilin oktyabrında Fransanın Sent Etyen şəhərinin meri və Arnuvil bələdiyyəsinin rəhbəri Azərbaycanın icazəsi olmadan Dağlıq Qarabağa qanunsuz səfər ediblər. Fransa nümayəndələri separatçılarla bir sıra görüşlər keçiriblər.

Bundan sonra Fransanın Bakıdakı səfiri Oreliya Buşe Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb. Ona Fransa nümayəndələrinin Azərbaycanın maraqlarına, onun suverenliyi və ərazi bütövlüyünə toxunan bir sıra addımları, o cümlədən bu yaxınlarda Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə Fransanın Sent Etyen şəhərinin meri və Arnuvil bələdiyyəsinin rəhbəri tərəfindən edilən qanunsuz səfərlərlə bağlı rəsmi etiraz bildirilib.

Fransa nümayəndələrinin bu kimi addımlarına hüquqi və siyasi qiymətləndirmə verilib, Fransa hökuməti bu ölkənin fiziki və hüquqi şəxslərinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətinin qarşısının alınması üçün effektiv tədbirlər görməyə çağırılıb və qarşı tərəfə Azərbaycan XİN-in rəsmi notası təqdim olunub.

Mənbə musavat.az


Digər xəbərlər


Putinlə Ərdoğan görüşdü - Müzakirə olunan məsələlər

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin görüşüb. Gülüstan.info xəbər verir ki, bu barədə Türkiyənin prezident a...

İlham Əliyev Romanın meri ilə görüşdü - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 21-də Roma şəhərinin meri xanım Vircinia Raggi ilə görüşüb. Gülüstan.info xəbər verir ...

Rusiyadan Türkiyəyə ittiham - Foto, video sübüt təqdim etsinlər

«İdlibdə baş verən atışmalar nəticəsində Suriya-Türkiyə sərhəddinə yüz minlərcə insanın qaçması yalandır». Gülüstan.info xəbər verir ki,...

Prezident Ərdoğan bu gün İdliblə bağlı Putinlə görüşəcək

Prezident Rəcəb Tayyib Ərdoğan, cümə namazını Hz. Əli Məscidində qılıb. Namazdan sonra mətbuat mənsublarının suallarını cavablandıran Prezident Ərdoğ...