28.05.2019

Fuad Abbasovun deportasiyası alınmadı

Rusiyada həbs olunan jurnalist Fuad Abbasov Azərbaycana, əvvəlcədən bildirildiyi kimi, mayın 28-də deportasiya olunmayacaq.

Bu barədə açıqlamasında Fuad Abbasovun vəkili Teyyub Şərifov bildirib.

Onun sözlərinə görə, Fuad Abbasovun Rusiyadan deportasiya edilməsi ilə bağlı qərardan yuxarı instansiya məhkəməsinə şikayət verildiyi üçün onun deportasiyası qeyri-müəyyən vaxta qədər təxirə salınıb: «Fuad Abbasovun deportasiya edilməsi ilə bağlı Ximki Şəhər Məhkəməsinin qərarından Moskva Vilayət Məhkəməsinə apelyasiya şikayəti vermişik. Hələlik ilkin məhkəmə iclasının vaxtı təyin olunmayıb. Ancaq bu şikayətə baxıldıqdan sonra məhkəmə Fuadın Azərbaycana deportasiyasının qanuni olub-olmayacağı barədə qərar verəcək».

Qeyd edək ki, jurnalist Fuad Abbasov mayın 16-da Moskva vilayətinin Ximki şəhərində saxlanılıb. Ximki Şəhər Məhkəməsi onun Rusiyada yaşamaq haqqında icazəsi ləğv olunmasına baxmayaraq, vaxtında ölkəni tərk etmədiyi üçün deportasiya olunması haqqında qərar çıxarıb. F.Abbasov hazırda Moskva vilayətinin Korolyov şəhərində yerləşən miqrantlar üçün xüsusi saxlanma məntəqəsində saxlanılır.

Mənbə axar.az


Digər xəbərlər


DİQQƏT! Pulsuz Whatsapp gəlir

Ehtiyatlı olun, bu əməliyyatdan sonra telefonunuzda internet olmayacaq Artıq internet olmadan “WhatsApp”-da mesajlaşmaq mümkün olacaq. Türkiyə...

Bulvarda möhtəşəm rəqs festivalı keçiriləcək

Bakı Dənizkənarı Bulvar İdarəsi, Azərbaycan Gənclər İttifaqı və Azərbaycan Rəqs Assosiasiyasının təşkilatçılığı ilə Dənizkənarı Bulvarda “Baku Soul o...

Bakılı stilist dünyanın ən uğurlu kişisi seçilib

Vadim Qalaqanov «Ən yaxşı fəşn-direktor» nominasiyasında Successful Men Awards mükafatını qazanıb Rusiyanın Bakı əsilli populyar ulduz s...

Yerin altında belə saatda 200 km-dən çox sürət yığan yeni TESLA - Video

İki ədəd Tesla elektromobil modeli arasındakı olmuş yarışın videosunu Elon Musk-ın yeraltı tunellərin inşası ilə məşğul olan The Borin...