15.05.2019

“Human Rights Watch” İrana şərt qoydu

“Human Rights Watch” təşkilatı İranda “əmək günü” münasibətilə keçirilmiş etirazda həbs edilmiş ən azı 7 fəal və jurnalistin dərhal və qeyd-şərtsiz azad edilməsini tələb edən bəyanat yayıb

Etirazda iştirak edənlərin sözlərinə görə, həmin gün azı 35 nəfər saxlanılıb və onların çoxunu da “Tehran Bus” şirkətinin həmkarlar ittifaqının üzvləri təşkil edir.

Bəzi məlumatlarda isə etirazlar zamanı Keyvan Səmimi və Mərziyə Əmiri adlı iki reportyorun da həbs edildiyi bildirilir.

“Rəsmilər sərbəst toplaşma hüququndan istifadə edən bütün həbs edilmiş şəxsləri dərhal və qeyd-şərtsiz azad etməlidirlər”- deyə beynəlxalq insan haqları təşkilatı olan “Human Rights Watch”ın mayın 14-də yayımlanan bəyanatında qeyd edilir.

Mənbə gunaz.tv


Digər xəbərlər


Tereza Mey istefa verərək Baş Nazir vəzifəsini tərk edib

Böyük Britaniyanın Baş naziri Tereza Mey iyunun 7-də Mühafizəkarlar partiyasının lideri postunu tərk edəcəyini deyib. Bu addımı atmağa onu partiya...

Paşinyan məhkəmə hakimiyyətini ələ keçirdi, Ali Məhkəmə sədri istefaya getdi

Ermənistan Ali Məhkəmə Şurasının sədri Qagik Arutyunyan istefaya gedib Bunu jurnalistlərə açıqlamasında şuranın mətbuat katibi Arman Xaçatryan dey...

Bu dəfə ABŞ Türkiyəni sanksiyalarla hədələdi

Qanun layihəsində Türkiyənin «F-35» hərbi qırıcıları proqramında ortaqlığının dayandırılması yer alıb Birləşmiş Ştatlar Senatının Silahl...

Azərbaycanda vətəndaşlara xidmət göstərəcək yeni hökümət portalı yaradıldı

İlk xəbər saat 10:20-də verilib Bu gün Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN Xidmət”) tabe...