16.05.2019

Leyla Əliyeva: «Baxdım, söz tapmadım, susdum lal kimi»

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva «Azərbaycan» adlı şeirini İnstaqram səhifəsində izləyiciləri ilə paylaşıb

Kult.az sözügedən şeiri təqdim edir:

Xəzər dalğa-dalğa könlümü çalar,

Külək qucaqlayar çiyinlərimi.

Gözəl Azərbaycan — bənzərsiz diyar,

Baxdım, söz tapmadım, susdum lal kimi.

Təbəssüm saçılan hər üzdə nur var,

Quşların səsiylə açır dan yeri.

Gözəl Azərbaycan – müqəddəs diyar,

Ulduzlar bağrında xal gecələrin.

Sərvətdən yaradıb Allah bu yeri,

Zirvələr, vulkanlar, meşələr, göllər.

Gözəl Azərbaycan – Tanrının sirri,

Sənə xeyir-dua göylərdən gələr.

Bir ocaq başında qızınır hamı,

İnsana məhəbbət Allah əmridir.

Haqqı, mərhəməti, dini, inamı,

İnsanlar qol-qola sabaha gedir.

Göylərdən endilər sanki sübh çağı,

Xeyir işlər üçün insanlar yerə.

Gözəl Azərbaycan — pirlər ocağı,

Sınmadıq, yenmədik əsən yellərə.

Bu Odlar Yurdunu sən qoru, Allah,

Bu, sevgi, mərhəmət, sülh diyarıdır.

Mələklər görünür hər axşam-sabah,

Üzümüz, yolumuz sənə sarıdır.

Heç kəsə yamanlıq istəmirəm mən,

Dünya həsrət qalsın zülmə, savaşa.

Gözəl Azərbaycan — sevimli Vətən,

Sənə baş əyirəm! Əbədi yaşa!!!

Tərcümə: Baba Vəziroğlu

Mənbə axar.az


Digər xəbərlər


Leyla Əliyeva “Mənim balaca şahzadəm” cizgi filminin təqdimatında iştirak edib (FOTO)

Mayın 23-də Nizami Kino Mərkəzində “Azanfilm” studiyasının istehsalı olan “Mənim balaca şahzadəm” cizgi filminin təqdimatı keçirilib. Tədbirdə Hey...

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə uşaqlar üçün əyləncə proqramı təşkil olunub - VİDEO

«Gənclik Mall» ticarət mərkəzində yerləşən “CinemaPlus” premium kinoteatrında Heydər Əliyev Fondunun təşkilatçılığı ilə ...

Heydər Əliyev Mərkəzində dünya şöhrətli rəssam Zurab Seretelinin əsərləri nümayiş olunub

Mayın 22-də Heydər Əliyev Mərkəzində dünya şöhrətli rəssam Zurab Seretelinin “Mümkün ölçülər” (Possible Dimensions) adlı sərgisi açılıb Moskva Müa...

Əfsanəvi ingilis personajları mayın 29-dək Bakıda musiqili yürüş edəcəklər - FOTO

Mayın 29-da Bakı Olimpiya Stadionunda İngiltərənin «Çelsi» və «Arsenal»komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının oyu...