Leyla Əliyeva: «Bizə gözlərdən gəlib öncəgörlük qisməti»
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Yenə də tənhalıq” adlı şeirini İnstaqram səhifəsində izləyiciləri ilə paylaşıb.
Sözügedən şeiri təqdim edir:
Başım üstə göy üzü yenə əriyib itir
Mələklər də gizlənib bir anlığa, bu nə qəm?!
Şadlıq ilə dolu ev-hərdən bu ev özgədir,
Evin eyvanı isə söz verir: mən səninəm.
***
Kölgələrini quşlar tezliklə soyunacaq
Zil qaranlıq gecədə biz görmərik onları.
Dənizlər arxasında, ey dost, mənə acıma
Tənhalığım gəlir ta beşikdən mənə sarı.
***
Bu milçək də hey uçur bircə an yorulmayıb
Oynamağa səbrim yox, alıbdılar səbrimi.
Bəlkə mənim əvvəldən oyun arzum olmayıb
Eynən söz-söhbətlərdən qaçmaq arzusu kimi.
***
Mənimki bu həyatı yazmaqdır olduğu tək
O, gəlməklə getməyim arasında bir ahdır
Öncədən taleyimi duyur sinəmdə ürək
Amma heç kim deməsin gizlin duymaq günahdır.
***
Amma bizdən yuxarı − göylərin min bir qatı
Ölçülən, ölçülməyən mövcuddur, haqlıdır.
Zamansızlıq içində sorma məndən saatı
Yəni, “saat neçədi?” bu qədər maraqlıdır?!
***
Bizə gözlərdən gəlib öncəgörlük qisməti
Bax, yenə baş-başayıq — mən və tale vətənim.
Bilirəm, məni heç kəs, unutmasa da qəti
Yenə də vəfalı bir tənhalığım var mənim.
Tərcümə: Kamal Abdullayev
Mənbə axar.az
Digər xəbərlər

Nəsiminin Hələbdəki viran qalmış məzarı təmir edildi - Foto
Prezident İlham Əliyevin sərəncamı ilə görkəmli şair və mütəfəkkir, Azərbaycan dili və ədəbiyyatının inkişafında müstəsna xidmətləri olmuş İmadəddin...

Venesiyadakı qədim türk tapmacaları alimləri şoka saldı...
Qeydə alınmış ilk türk tapmacaları Venesiyada saxlanılan əlyazmalardır. Bu didilmiş dəftərin ən köhnəlmiş iki səhifəsində 47 ədəd tapmaca yazılıb. ...

Birinci vitse-prezident Mehriban Əliyeva Xalq artisti Əlibaba Məmmədovun evində qonaq olub
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva dekabrın 4-də Xalq artisti, görkəmli muğam ifaçısı, bəstəkar-xanəndə Əlibaba Mə...

Madonnanın vəziyyəti pisdir - Konsertləri təxirə salındı
Dünya şöhrətli məşhur pop ulduz Madonnanın səhhətində problem yaranıb. Vəziyyəti pisləşən müğənni Bostonda nəzərdə tutulan üç konsertini təxirə sa...