06.05.2019

Leyla Əliyevanın sözlərinə yazılmış mahnıya Türkiyədə klip çəkildi

Türkiyədə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın yazdığı şeirə bəstələnmiş mahnıya klip çəkilib.  Qeyd edək ki, “Если б звезды ступеньками стали” adlı şeir mərhum prezident Heydər Əliyevə həsr olunub.Şeirin sözlərinə yazılmış mahnı tanınmış vokalçı, İngiltərədəki Beynəlxalq Musiqiçilərin Azadlıq Federasiyasının azərbaycanlı musiqi səfiri Gülşən Akın İbadova tərəfindən ifa olunub.Mahnının musiqisi bəstəkar və müğənni Rizvan Sədirxanova, ekran işi və ideya müəllifliyi Mahmut Akına aiddir.İfaçı Gülşən Akın İbadovanın sözlərinə görə, mahnı “crossover” janrında yazılıb:

“Bu mahnını iki dildə ifa etmişəm. İlk olaraq italiyalı şairə Silvana Parini tərəfindən tərcümə edilən variantdır. İkincisi isə orijinal, rus dilində olan variantdır. Son variant müxtəlif vaxtlarda Serbiya və İngiltərə radiolarında səslənib.

Qeyd edim ki, bu mahnıya uzun müddət idi ki, klip çəkdirməyi düşünürdüm. Nəhayət ki, klipin çəkilişləri Türkiyədə baş tutdu. Klip nostalji-retro üslubunda çəkilib”.

Mənbə musavat.az


Digər xəbərlər


İTV "Eurovision-2020" üçün mahnı qəbulunu elan edib

«Eurovision» mahnı müsabiqəsində Azərbaycanın iştirakı ilə bağlı milli seçim turunda mahnı qəbuluna başlanılıb. İctimai Televiziya və Ra...

Prezident Xalq artistini ordenlə təltif etdi

Prezident İlham Əliyev Cənnət Səlimovanın təltif edilməsi haqqında sərəncam imzalayıb. Gülüstan.info xəbər verir ki, sərəncama əsasən&nb...

XXI əsr kişilərinin geyimi nümayiş olundu - Fotolar

İspaniyalı dəb dizayneri Palomo New-York moda həftəsinə yeni geyim kolleksiyası ilə qatılıb. Dizaynerin geyimlərin nümayişi üçün seçdiyi modellər...

Heydər Əliyev Sarayında “Əfsanəvi rok hitlər”i təqdim olunacaq

Fevralın 15-də Heydər Əliyev Sarayında Sankt-Peterburqdan olan məşhur dirijor, musiqiçi və bəstəkar İqor Ponomarenkonun iştirakı ilə “Əfsanəvi rok hi...