16.05.2019

Milli İncəsənət Muzeyinin yeni təmirdən çıxmış korpusu istifadəyə hazırdır

18 may – Beynəlxalq Muzeylər Gününə həsr edilmiş “Muzeylər mədəniyyət mərkəzləri kimi: ənənələrin gələcəyi” devizi altında ölkəmizdə silsilə tədbirlər keçirilir.

Mədəniyyət Nazirliyindən bildirilib ki, bu silsilədə mayın 17-də Azərbaycan Milli İncəsənət Muzeyinin Niyazi, 9 ünvanında yerləşən, yeni təmirdən çıxmış korpusunun geniş ictimaiyyət üçün açılış mərasimi təşkil olunacaq.

Muzey son illər ərzində bərpa və inşa edilən ən müasir avadanlıqlarla təchiz edilmiş ekspozisiyaya malikdir. Burada xüsusi bərpa laboratoriyası mövcuddur, ən müasir mühafizə sistemləri ilə təmin edilib, daxili bağçası tamaşaçıların istirahəti üçün çox əlverişlidir. Muzey silsiləvi şəklində iki qədim memarlıq abidəsini birləşdirən müasir korpusdan ibarət ərazini tutur. Hazırda muzeyin ekspozisiyasında dünya təsviri və tətbiqi sənətinin bütün növlərini dolğun şəkildə əks etdirən Qərbi Avropa, Rus, İslam, Şərq ölkələri incəsənətinin çeşidli örnəklərini görmək mümkündür. Ekspozisiya iki mərtəbədən ibarətdir. Birinci mərtəbə — Qədim dünya incəsənəti, İran-Türk, Çin, rus (avanqard) və Zərifə xanım Əliyevaya həsr edilmiş “Xatirə zalı”, İtaliya, Flamand, Holland incəsənətinə həsr edilib. Eyni zamanda, I mərtəbənin dəhliz hissələrində — Fransa-Almaniya qrafika nümunələri, digərində — İran və Hindistan miniatür və heykəltəraşlıq əsərləri nümayiş edilir.

Ekspozisiyanın ikinci mərtəbəsi — İtaliya, “İslam incəsənəti”, alman, Fransa rəngkarlığı və Rusiya incəsənətinə həsr edilib. Ekspozisiyada, eyni zamanda, metal, çini, xalça və bədii tikmə nümunələri nümayiş edilir. Ən qədim eksponatlar antik dövrdən başlayaraq — XX əsrin sonlarına qədərki dövrü əhatə edir.

Eyni zamanda, mayın 17-də Azərbaycan Milli İncəsənət Muzeyində Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanmış və ilk dəfə ölkə ərazisində yerləşən bütün muzeylər haqqında məlumatları özündə cəmləşdirən “Museum.az” saytının təqdimat mərasimi keçiriləcəkdir.

Saytın sadə, eyni zamanda, zövqlə hazırlanmış dizaynı istifadəçilərə təqdim olunan məlumatların daha rahat əldə olunması üçün layihələndirilib.

İstifadəçilərin rahatlığı üçün gələcəkdə müasir veb-tendensiyalar da nəzərə alınaraq, saytın mobil versiyası və tətbiqetmələrinin də hazırlanması nəzərdə tutulub.

Mənbə azertag.az


Digər xəbərlər


Mədəniyyət nazirinin səlahiyyətlərini kim icra edir?

Bəzi kütləvi informasiya vasitələrində Mədəniyyət nazirinin səlahiyyətlərinin nazirin birinci müavininə həvalə olunması barədə yayılan xəbərlər həqiq...

Prezident Niyaməddin Musayevi təltif edib

Niyaməddin Cabbar oğlu Musayev 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. N. Musayev ...

Formula 1-də iki komandanı işdən azad etmək qərarı

Kovid -19, Formula 1-i get-gedə çətinləşdirir. Dünyanın ən bahalı idmanlarından olan mübarizədə Mercedes və Ferrari ilə müqayisədə  daha aşağı  büdcə...

Koronavirusla mübarizəyə 5 milyon ayıran müğənni pərəstişkarlarına da pul yollayır

Ulduz müğənni Taylor Svift koronavirusla mübarizə üçün 5 milyon dollar pul ayırmaqdan əlavə pərəstişkarlarına da yardım edir. Gülüstan.info xəbər ...