16.05.2019

Nazirlər Kabineti saytının ingilis dili versiyası istifadəçilərin ixtiyarına verilib

Nazirlər Kabineti Aparatının rəsmi internet saytı (www.cabmin.gov.az) daha da təkmilləşdirilərək yenilənib.

Nazirlər Kabinetindən bildirilib ki, bu gündən saytın ingilis dili versiyası fəaliyyətə başlayıb.

Saytın xarici dillərdə olan versiyaları kütləvi informasiya vasitələrinin, tədqiqatçıların, beynəlxalq təşkilatların, xarici ölkələrin müvafiq qurumlarının istifadəsi məqsədilə yaradılıb. Daha bir yenilik isə video materiallarla bağlıdır. Belə ki, Azərbaycan Respublikasının Prezidentinin Nazirlər Kabinetində keçirdiyi iclaslar, Baş Nazirin və Nazirlər Kabinetinin fəaliyyəti ilə bağlı video materialları Nazirlər Kabinetinin yeni yaradılan (AR Nazirlər Kabineti) “Youtube” səhifəsində də izləmək mümkün olacaq.

Hazırda saytda müntəzəm olaraq Baş Nazirin iştirakı ilə keçirilən görüşlər, rəsmi tədbirlər, imzalanmış qərarlar, Nazirlər Kabinetinin iclasları haqqında operativ məlumatlar, tədbirlərdən fotoşəkillər və digər informasiyalar yerləşdirilir. Bütün bunlar haqqında, həmçinin Nazirlər Kabinetinin “Twitter” (@AzerbaijanNK‏) sosial şəbəkəsindəki rəsmi səhifəsindən də məlumat əldə etmək mümkündür. Nazirlər Kabinetinin “Twitter” səhifəsindən 3 dildə — Azərbaycan, rus və ingilis dillərində paylaşımlar edilir.

Mənbə report.az


Digər xəbərlər


Metropoliten xəttə əlavə 4 qatar buraxacaq

Sentyabrın 16-da ölkədə yeni tədris ilinin başlaması ilə bağlı «Bakı Metropoliteni» QSC yeni iş qrafikinə keçir. Bu barədə Trend-ə açıql...

Quba və Şabranda yanğın hələ də davam edir (Foto + Video)

Şabran və Quba rayonları sərhədindəki kolluq ərazilərdə başlayan yanğın davam edir. Yanğının söndürülməsi üçün cəlb olunan Fövqaladə Hallar Nazirl...

Suriya Türkiyəyə aid hərbi texnikanı vurdu - Ölənlər və yaralılar var

Hücum nəticəsində 3 nəfər ölüb, 12 nəfər yaralanıb. Məlumatı agentliyə kimin verdiyi açıqlanmır. Suriyanın hərbi hava qüvvələri İdlib vilayətində ...

Lerikdə yerləşən "Relax"da yoxlamalara başlanıb - FOTO

Lerikdə yerləşən “Relax” istirahət mərkəzində yoxlamalara başlanıb. Yoxlamalar Vergilər Nazirliyi və Prokurorluq əməkdaşlarının iştirakı ilə aparı...