11.05.2019

«Notre-Dame de Paris» kilsəsi ilə bağlı çox gözəl təklif irəli sürüldü

Təxmin edilir ki, salınacaq bağdan ildə 21 ton meyvə və tərəvəz məhsulu əldə olunacaq

Vinsent Callebaut Arxitektura Bürosu maraqlı məlumat yayıb. Rusiya mətbuatına istinadən xəbər verilir ki, büro əməkdaşları Parisdəki məşhur Notr-Dam kilsəsi təmir edilən zaman onun damında meditasiya üçün bağ salınmasını təklif edirlər.

Layihənin rəhbəri Vinsenta Kelbo binanın damında bağça salınmasının real olduğunu iddia edir. Günəş enerjisi ilə qızdırılacaq bağçada yetişdirilən meyvə və tərəvəzlər isə kasıblara paylanacaq. Bunlar kilsənin qüllələrində olacaq.

Təxmin edilir ki, salınacaq bağdan ildə 21 ton meyvə və tərəvəz məhsulu əldə olunacaq. Həmin məhsullar elə kilsənin yaxınlığında kasıblara paylanacaq. Bağçada könüllülər işləyəcək.

Xatırladaq ki, Nort-Dam-de-Pari kilsəsi aprelin 15-də yanıb. Nəticədə, kilsənin damının 2/3-si və qüllələri dağılıb.

Mənbə sputnik.az


Digər xəbərlər


Nəsiminin Hələbdəki viran qalmış məzarı təmir edildi - Foto

Prezident İlham Əliyevin sərəncamı ilə görkəmli şair və mütəfəkkir, Azərbaycan dili və ədəbiyyatının inkişafında müstəsna xidmətləri olmuş İmadəddin...

Venesiyadakı qədim türk tapmacaları alimləri şoka saldı...

Qeydə alınmış ilk türk tapmacaları Venesiyada saxlanılan əlyazmalardır. Bu didilmiş dəftərin ən köhnəlmiş iki səhifəsində 47 ədəd tapmaca yazılıb. ...

Birinci vitse-prezident Mehriban Əliyeva Xalq artisti Əlibaba Məmmədovun evində qonaq olub

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva dekabrın 4-də Xalq artisti, görkəmli muğam ifaçısı, bəstəkar-xanəndə Əlibaba Mə...

Madonnanın vəziyyəti pisdir - Konsertləri təxirə salındı

Dünya şöhrətli məşhur pop ulduz Madonnanın səhhətində problem yaranıb. Vəziyyəti pisləşən müğənni Bostonda nəzərdə tutulan üç konsertini təxirə sa...