17.05.2019

Okeanın o tayından İrana növbəti təhdid: “İranı yalnız iki həmlə ilə məğlub edərik”

Amerikalı respublikaçı senator Tom Kotton iranlı rəsmilər və axundların son günlər səsləndirdikləri gülməli bəyanatlara sərt cavab verib

O, ölkəsinin hərbi qüdrətindən əmin olduğunu və əgər müharibə olarsa, İranı yalnız iki hücumla məğlubiyyətə uğrada biləcəklərini deyib.

Kotton İranla mümkün müharibəni dəstəkləmədiyini desə də, amma qeyd edib ki, İran ABŞ qüvvələrinə hücum etdiyi təqdirdə, öz aqibəti ilə barışmalı olacağını bildirib.

“Mən İrana qarşı hərbi variantı dəstəkləməsəm də, amma İran ABŞ-a hücum etsə, böyük yanlışa yol vermiş olacaq və qarşılığında sərt cavab alacaq”- deyə senator əlavə edib.

Kottonun sözlərinə görə, müharibə başlasa, ABŞ iki hucumla qələbə çalacaq. Bu müharibə iki mərhələdən ibarət olacaq- başlanğıc və son, digər mərhələlərə ehtiyac qalmayacaq.

Qeyd etmək lazımdır ki, son həftələr ərzində rəsmi Vaşinqtonla Tehran arasında münasibətlər son dərəcə kəskinləşib. ABŞ İran təhdidlərinə açıq mesaj vermək üçün körfəzə “USS Abraham Linkoln” təyyarə daşıyan gəmisi, B-52 strateji bombardımançılar və Partiot zenit-raket kompleksi göndərib.

Amerikanın regiona təyyarə və gəmi göndərməyinə iranlı rəsmilər və axundlar gülməli reaksiyalar vermişdilər. Eləcə də, “İslam Respublikası Xəbər Agentliyi- İRNA”da dərc edilən məqalə isə İranın Amerikanın əməli addımları qarşısında hərbi münaqişəyə girmək niyyətində olduğunu deyil, geri çəkildiyini nümayiş etdirmişdi. Sözügedən məqalədə İranın ABŞ-ın regiona Abraham Linkoln təyyarə daşıyan gəmi göndərməsi qarşısında “sülh və təhlükəsizliyə dayanaraq, beynəlxalq prinsiplər əsasında davranacağı” qeyd edilmişdi.

Digər tərəfdən, cari həftədə Birləşmiş Ərəb Əmirlikləri yaxınlığında, “Əl-Füceyrə” limanında 4 ticari gəmiyə və bir neçə gün sonra Səudiyyə Ərəbistanının neft kəmərinə edilən hücumlar regiondakı mövcud gərginliyi daha da artırıb. Rəsmi Abu-Dabi, Riyad və Vaşinqton İranın bu hücumlarda əli olduğunu bildirirlər.

Mənbə gunaz.tv


Digər xəbərlər


Parlament seçkiləri 2020-ci il fevralın 9-na təyin edildi - SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan Respublikası Milli Məclisinin beşinci çağırışının buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədə...

Moldovanın Azərbaycandakı səfiri geri çağırıldı

Moldova hökuməti Xarici İşlər Nazirliyinin Baş katibi Yevgeni Revenko tərəfindən təqdim olunan və bir neçə səfirin geri çağırılmasını nəzərdə tutan q...

ABŞ İrana qarşı müqaviməti artırır - 14 min əsgər İrana yola salınır

ABŞ Prezident Administrasiyası Yaxın Şərqdə İrana müqavimət üçün öz hərbi mövcudluğunu artırmaq imkanlarını nəzərdən keçirir. Bu məlumatı “Vol Str...

Deputat icra başçısı təyin edildi - 3 SƏRƏNCAM

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Əhməd Muxtarovun Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərə...