16.05.2019

Ölkəyə hələ də gətirilən köhnə avtomobillərin fəsadları

Ölkədə atmosfer havasına atılan çirkləndirici maddələrin 75 faizdən çoxu avtonəqliyyatın payına düşür. Havanı çirkləndirən isə xüsusilə köhnə avtomobillərdir.

Bu sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Siyasət şöbəsinin müdiri Rasim Səttarzadə “Yeni Müsavat”a müsahibəsində atmosferi çirkləndirən faktorlar barədə danışarkən deyib.

R.Səttarzadə bildirib ki, köhnə, işlənmiş avtomobillərin sayının artması ölkə ərazisində, xüsusilə Bakı şəhərində atmosfer havasının çirklənməsində əsas faktorlardan biridir:

“Təəssüf ki, ölkəyə idxal olunan işlənmiş avtomobillərin böyük bir hissəsi uzun müddət istismar olunmuş köhnə maşınlardır. Hazırda ölkə minik avtomobili parkında yaşı 10 ildən yuxarı avtomobillərin payı 77%-dir. Avtoparkın 20%-nin yaşı isə 30 ildən yuxarıdır. Yaşı 2-dən az olan yeni avtomobillərin payı cəmi 1% təşkil edir. İldən-ilə bu kimi avtomobillərin ölkəyə gətirilməsi artır. 2016-cı illə müqayisədə 2018-ci ildə avtomobil idxalı 5 dəfədən çox artıb ki, bu da əsasən köhnə avtomobillərin hesabına baş verib.
Bu avtomobillərdən ixrac olunan zəhərli qazların miqdarı normadan artıq olur ki, bu da ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərir”.

Problemin aradan qaldırılması yollarından danışan R.Səttarov bildirib ki, istismar müddəti keçmiş nəqliyyat vasitələrinin ölkəyə gətirilməsi və istifadəsinin azaldılması üçün çalışırlar:

“Ekoloji təmiz yanacaq növləri ilə işləyən avtomobillərdən istifadənin təşviq edilməsi, xüsusilə dizel mühərrikli avtomobillərin ölkəyə idxalı zamanı istismar müddətinə görə məhdudlaşdırıcı tədbirlərin görülməsi zəruridir. Biz aidiyyəti qurumlarla birgə qeyd olunan məsələlərin həllinə çalışırıq”.

Mənbə musavat.az


Digər xəbərlər


Dünya universitetlərinin reytinqi bəlli oldu

Ötən həftə, avqustun 16-da Şanxay Reytinq Konsultasiya şirkəti “Dünya Universitetlərinin 2019-cu il üçün Akademik Reytinqi”ni açıqlayıb. 2003-cü ildə...

Neftçilər metrosu ətrafındakı tıxac nə zaman bitəcək?

Vaqif Əsədov: “Sürücülər yol hərəkətində şəxsi mənafelərini üstün tutmamalıdırlar. Yol hərəkəti iştirakçıları öz məsuliyyətlərini dərk etmək istəmirl...

Metropoliten xəttə əlavə 4 qatar buraxacaq

Sentyabrın 16-da ölkədə yeni tədris ilinin başlaması ilə bağlı «Bakı Metropoliteni» QSC yeni iş qrafikinə keçir. Bu barədə Trend-ə açıql...

Quba və Şabranda yanğın hələ də davam edir (Foto + Video)

Şabran və Quba rayonları sərhədindəki kolluq ərazilərdə başlayan yanğın davam edir. Yanğının söndürülməsi üçün cəlb olunan Fövqaladə Hallar Nazirl...