15.05.2019

Sığortaçılar bar-bar bağırdı — Kiçik mühərrikli avtomobillər sığortalanmayacaq

Azərbaycanda «Avtomobillərin icbari sığortası» bazarında yeni bir tendensiyanın əsası qoyulduğu bildirilir. Sığorta şirkətləri mühərrik həcmi 2000 kuba qədər olan avtomobillərin icbari sığorta müqavilələrinə görə, sığorta agentlərinə komissiya verilməyəcəyinə dair məlumatları sığorta agentlərinin diqqətinə çatdırıblar.

Bu barədə sığorta mütəxəssisi Şahin İsmayılov bildirib.

Onun sözlərinə görə, səbəb kimi bu mühərrik avtomobillərin sığorta haqqının aşağı olması və zərərlilik dərəcəsinin 100%-ə yaxınlaşması göstərilir. Belə ki, 1500 kub avtomobillər üzrə, bonus-malus dərəcəsini nəzərə almaqla,sığorta haqqı 32.50 manata, 2000 kub-a qədər avtomobillərdə isə sığorta haqqının 48.75 manata qədər düşməsi,sığorta şirkətlərini müəyyən qabaqlayıcı tədbirlər görməyə vadar edir. Mütəxəssisin sözlərinə görə, nəzərə alsaq ki,avtomobil parkının böyük hissəsinin 2000 kuba qədər olan avtomobillərdən təşkil olunub, onda bu cür yanaşma həmin sığorta şirkətlərinin yığımına çox böyük mənfi təsir göstərəcək və bazar payının itirilməsinə gətirib cixaracaq deyə Şahin İsmayılov bildirib.

Məlumata görə, artıq kiçik mühərrikli avtomobillərdən imtina etməyən şirkətlərin satışlarında artim hiss olunmağa başlayıb.

Mənbə fins.az


Digər xəbərlər


Dünya nəhəngləri “Huawei”lə əməkdaşlığı rəsmi şəkildə dayandırdı

ABŞ-ın Ticarət Nazirliyinin mayın 17-də “Huawei” şirkətini qara siyahıya salmasından sonra bir sıra nüfuzlu kompaniyalar Çin şirkəti ilə əməkdaşlığa ...

"Ferrari" minlərlə avtomobilini geri çağırır

«Ferrari» avtomobil markası Çin bazarında 2071 avtomobilini geri çağırır. «Sinxua» agentliyinə istinadən verdilən məlumata gör...

Huawei ilə əməkdaşlıq etmək istəyənlərin sayı durmadan azalır - Mobil operatorlar da imtina etdi

ABŞ hökuməti tərəfindən qara siyahıya salındıqdan sonra Huawei ilə əməkdaşlıqdan təkcə Google şirkəti ilə bir sıra prosessor iste...

Dünya nəhəngi kosmetika şirkəti səhmlərini satır

İngiltərə-ABŞ kosmetika şirkəti «Avon» Braziliyanın «Natura Cosmeticos» şirkəti ilə biznesinin satışı mövzusunda müzakirələr apar...