07.05.2019

«Şuşanın dağları qara dumanlı» filminin təqdimatı olub

Filmin əsas süjet xəttini Şuşanın işğalı, daxildəki xəyanət, baş verən hadisələrə o dövrün hakimiyyətinin laqeyd münasibəti təşkil edir

Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun məsləhətçisi, Əməkdar jurnalist Mübariz Əsgərovun müəllifi olduğu «Şuşanın dağları qara dumanlı» sənədli filminin təqdimatı keçirilib.

Təqdimat mərasimində millət vəkilləri Fazil Mustafa, Qüdrət Həsənquliyev, Musa Qasımlı və digər ziyalılar iştirak ediblər. Filmin əsas süjet xəttini Şuşanın işğalı, daxildəki xəyanət, baş verən hadisələrə o dövrün hakimiyyətinin laqeyd münasibəti təşkil edir.

O zaman Şuşanın xilası üçün mühüm rol oynayan şəhər rəhbəri Mikayıl Gözəlovun fəaliyyətinin lentə alındığı filmdə onun qətli haqda da müəyyən məlumatlar verilib. Qətli təşkil edən, ömürlük azadlıqdan məhrum olan Elbrus İbrahimov təqdim olunan kadrlarda bu hadisəni necə törətməsi ilə bağlı danışıb.

Qeyd edək ki, 51 yaşlı məhbus artıq 26 ildir ki, 4 divar arasında məhbəs həyatı yaşayır. Bundan başqa, filmdə aprel döyüşlərindən, Lələtəpənin azad olunmasından da bəhs edilir.

Mənbə sputnik.az


Digər xəbərlər


İTV "Eurovision-2020" üçün mahnı qəbulunu elan edib

«Eurovision» mahnı müsabiqəsində Azərbaycanın iştirakı ilə bağlı milli seçim turunda mahnı qəbuluna başlanılıb. İctimai Televiziya və Ra...

Prezident Xalq artistini ordenlə təltif etdi

Prezident İlham Əliyev Cənnət Səlimovanın təltif edilməsi haqqında sərəncam imzalayıb. Gülüstan.info xəbər verir ki, sərəncama əsasən&nb...

XXI əsr kişilərinin geyimi nümayiş olundu - Fotolar

İspaniyalı dəb dizayneri Palomo New-York moda həftəsinə yeni geyim kolleksiyası ilə qatılıb. Dizaynerin geyimlərin nümayişi üçün seçdiyi modellər...

Heydər Əliyev Sarayında “Əfsanəvi rok hitlər”i təqdim olunacaq

Fevralın 15-də Heydər Əliyev Sarayında Sankt-Peterburqdan olan məşhur dirijor, musiqiçi və bəstəkar İqor Ponomarenkonun iştirakı ilə “Əfsanəvi rok hi...