17.05.2019

Təmsilçimiz Çingiz Mustafayev “Eurovision 2019” beynəlxalq mahnı müsabiqəsinin finalına vəsiqə qazanıb

“Eurovision 2019” beynəlxalq mahnı müsabiqəsinin ikinci yarımfinalı keçirilib.

İsrailin Təl-Əviv şəhərinin Sərgi Mərkəzində keçirilən ikinci yarımfinalda təmsilçimiz Çingiz Mustafayev “Truth” mahnısı ilə ikinci yarımfinalda 18-ci nömrə altında səhnəyə çıxıb.

Təmsilçimizin ifası uğurlu alınıb və Çingiz Mustafayev finala vəsiqə qazanıb. Çingiz Mustafayevlə yanaşı, Şimali Makedoniya, Niderland, Albaniya, İsveç, Rusiya, Danimarka, Norveç, İsveçrə və Malta təmsilçiləri də finala vəsiqə qazanıblar.

Müsabiqənin finalı isə mayın 18-də baş tutacaq.

Xatirladaq ki, 2012-ci ildə Azərbaycanın da uğurla ev sahibliyi etdiyi müsabiqə 64-cü dəfədir təşkil olunur.

Mənbə azertag.az


Digər xəbərlər


Otellərdə hansı pulsuz xidmətlər var?

Əlavə ödənişli xidmətlərlə yanaşı, bir çox otellərdə müsafirlərin bilmədiyi pulsuz xidmətlər də mövcuddur. YandexDzen saytına istinadla mehmanxana...

Leyla Əliyeva Müslüm Maqomayevin anım mərasimində iştirak edib

Avqustun 17-də dünya şöhrətli müğənni, SSRİ-nin və Azərbaycanın Xalq artisti Müslüm Maqomayevin anadan olmasının 77-ci ildönümü günündə Mədəniyyət Na...

Opera və Balet teatrında “Jizel” nümayiş olunacaq

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında A.Adanın “Jizel” baleti nümayiş olunacaq. Sentyabrın 28-də təqdim olunacaq səhnə əsərində Jize...

Dövlət Turizm Agentliyində dəyişiklik

Lahıc Tarix-Diyarşünaslıq Muzeyi, Şəki Tarix-Diyarşünaslıq Muzeyi və Şəki Xalq Tətbiqi Sənəti Muzeyi və Şəki Dövlət Rəsm Qalereyası Dövlət Turizm Age...