17.05.2019

TAP-ın işləri yekunlaşmaq üzrədir

Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Trans Adriatik Boru Kəmərinin (TAP) inşasına başlanılandan bəri 87% işlər yekunlaşıb.

Bu barədə TAP konsorsiumu məlumat yayıb.

Məlumata görə, indiyədək boruların 98%-i düzülüb, TAP-ın marşrutu üzrə Yunanıstan, Albaniya və İtaliyada 93%-dən çox torpaq bərpa olunub.

İtaliyada qəbuledici terminalda işlər uğurla davam edir.

TAP-ın kompressor və ölçü stansiyalarında işlərin 85%-dən çox tamamlanıb. Dənizaltı hissədə boruların quraşdırılması qrafikə uyğun davam etdirilir.

Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə «Şahdəniz-2» layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Türkiyə-Yunanıstan sərhədində TANAP (Trans-Anadolu) boru kəmərinə qoşularaq Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq.

«Şahdəniz» konsorsiumu iki il ərzində müxtəlif seçim variantlarını nəzərdən keçirdikdən sonra 2013-cü il iyunun 28-də TAP kəmərini seçdiyini rəsmən açıqlayıb. Boru kəmərinin ümumi uzunluğu 878 km-dir. Bunun da 550 km-i Yunanıstan ərazisini, 215 km-i Albaniyanı, 105 km-i Adriatik dənizini, 8 km-i isə Cənubi İtaliyanı əhatə edəcək. Boru kəmərinin ən yüksək nöqtəsi Albaniya dağlarında (1 800 m), ən aşağı hissəsi isə (-820 m) dənizin dibində olacaq.

2016-cı il mayın 17-də Yunanıstanın Saloniki şəhərində TAP-ın təməlqoyma mərasimi keçirilib. 2020-ci ildə Azərbaycan qazının Avropaya çatdırılacağı nəzərdə tutulur.

TAP Bolqarıstanın qaz ehtiyacının 33%-ni, Yunanıstanın 20%-ni, İtaliyanın isə təxminən 10,5%-ni qarşılayacaq.

Mənbə report.az


Digər xəbərlər


Dünya nəhəngləri “Huawei”lə əməkdaşlığı rəsmi şəkildə dayandırdı

ABŞ-ın Ticarət Nazirliyinin mayın 17-də “Huawei” şirkətini qara siyahıya salmasından sonra bir sıra nüfuzlu kompaniyalar Çin şirkəti ilə əməkdaşlığa ...

"Ferrari" minlərlə avtomobilini geri çağırır

«Ferrari» avtomobil markası Çin bazarında 2071 avtomobilini geri çağırır. «Sinxua» agentliyinə istinadən verdilən məlumata gör...

Huawei ilə əməkdaşlıq etmək istəyənlərin sayı durmadan azalır - Mobil operatorlar da imtina etdi

ABŞ hökuməti tərəfindən qara siyahıya salındıqdan sonra Huawei ilə əməkdaşlıqdan təkcə Google şirkəti ilə bir sıra prosessor iste...

Dünya nəhəngi kosmetika şirkəti səhmlərini satır

İngiltərə-ABŞ kosmetika şirkəti «Avon» Braziliyanın «Natura Cosmeticos» şirkəti ilə biznesinin satışı mövzusunda müzakirələr apar...