24.05.2019

Tereza Mey istefa verərək Baş Nazir vəzifəsini tərk edib

Böyük Britaniyanın Baş naziri Tereza Mey iyunun 7-də Mühafizəkarlar partiyasının lideri postunu tərk edəcəyini deyib.

Bu addımı atmağa onu partiya yoldaşları, o cümlədən Tereza Meyin Brexit üzrə yenilənmiş sazişindən narazı qalan Nazirlər Kabinetinin üzvləri məcbur edib.

Bu o deməkdir ki, Tereza Mey eyni zamanda ölkənin baş naziri postunu da tərk etməlidir. Lakin o, iyun ayının əvvəlində Böyük Britaniyaya dövlət səfərinə gələcək ABŞ Prezidenti Donald Trampı qəbul etməyə imkan tapacaq.

Mühafizəkarlar partiyasının yeni liderinin seçilməsi prosesi rəsmən iyunun 7-dən sonra başlayacaq. Britaniyanın sabiq xarici işlər naziri Boris Conson artıq bu posta namizədliyini irəli sürmək niyyətində olduğunu elan edib. İcmalar Palatasının sabiq lideri Andrea Lidsom da belə imkanı nəzərdən keçirir. Ölkənin xarici işlər naziri Ceremi Hant və daxili işlər naziri Sacid Cavid potensial namizədlər arasındadır.

Kabinetin yeni rəhbəri seçilənədək Tereza Mey baş nazir səlahiyyətlərini müvəqqəti olaraq icra edəcək. Bu proses adətən 6 həftəyə yaxın davam edir.

Mənbə azertag.az


Digər xəbərlər


İngiltərə ABŞ-la birlikdə İrana qarşı hərbi əməliyyata qoşula bilər

Böyük Britaniyanın Baş naziri Boris Conson BMT Baş Assambleyasında iştirak etmək üçün Nyu-Yorkda səfərdədir. O, Nyu-Yorkda verdiyi açıqlamasında, ...

Fransa Almaniya və İngiltərə İrana görə toplanır

Fransa prezidenti Emmanuel Makron Nyu-Yorkdakı BMT-nın baş məclisinin iclasında Almaniya və İngilis tərəfdaşları ilə İranın nüvə sazişinin ətrafındak...

Pentaqona qarşı İran-Rusiya-Çin üçbucağı – Böyük hərbi təlimlər başlayır

ABŞ-ın Hind okeanında hərbi fəallığı yalnız İranın deyil, Çin və Rusiyanın da maraqlarına toxunur. Odur ki, bu dövlətlər də ABŞ-ın bu istiqamətdəki a...

Ruhani ABŞ-a gedəcək

İran İslam Respublikasının Prezidenti Həsən Ruhani yüksək səviyyəli nümayəndə heyətilə ABŞ-a səfər edəcək. «Tasnim» agentliyi verdiyi xə...