30.05.2019

Türkiyə qalmaqallı «S-400» məsələsinə həll yolu tapdı

Rusiya zenit-raket komplekslərini yalnız Türkiyə hərbçiləri idarə edəcək

Türkiyə ABŞ istehsalı olan «F-35» qırıcılarını Rusiya istehsalı olan «S-400» zenit raket komplekslərinin əhatə dairəsindən kənarda yerləşdirəcək. «RİA Novosti«-yə istinadən xəbər verilir ki, bunu Türkiyənin Birləşmiş Ştatlardakı səfiri Serdar Kalıç bildirib.

«S-400» və «F-35»-lər Türkiyənin iki konkret vilayətində yerləşdiriləcək və «F-35″lər «S-400″lərin əhatə dairəsindən kənarda qalacaq» — deyə diplomat Vaşinqtonda Milli mətbuat klubunda çıxışı zamanı qeyd edib.

O, vurğulayıb ki, ABŞ tərəfindən İsrailə təqdim olunan»F-35″-lər müntəzəm olaraq «S-400»-lərin yerləşdiyi Suriya hava məkanında uçuşlar həyata keçirir. Lakin bu Birləşmiş Ştatların narahatlığına səbəb olmur.

«Məhz «S-400″-lərın beşinci nəsil ABŞ istehsalı olan təyyarələri izləyə biləcək arqumenti” ABŞ-ın əsas gətirdiyi əsas məsələdir» — deyə Kalış qeyd edib.

Səfir eyni zamanda qeyd edib ki, Rusiya zenit-raket komplekslərini yalnız Türkiyə hərbçiləri idarə edəcək.

Xatırladaq ki, mayın 23-də ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Morqan Ortaqus bildirib ki, rəsmi Vaşinqton Ankaranı Rusiya istehsalı olan «S-400» zenit-raket komplekslərinin «ciddi mənfi nəticələrinin olacağı» barədə xəbərdarlıq edib.

O, əlavə edib ki, «S-400» zenit-raket komplekslərinin alınması Türkiyənin ABŞ və NATO ilə müdafiə sahəsində münasibətlərinə ciddi təsir edəcək.

Qeyd edək ki, mayın 22-də ABŞ-ın «CNBC» telekanalı öz mənbələrinə istinadən məlumat yayıb ki, Birləşmiş Ştatlar Türkiyəyə «S-400» zenit-raketləri ilə bağlı ultimatum verib. Bildirilir ki, Ankara iki həftə ərzində Moskva ilə sövdələşməni pozmalı və Amerikanın «Patriot» raket əleyhinə müdafiə sistemlərini almalıdır. Əks təqdirdə ABŞ Türkiyəni «F-35» proqramından çıxaracaq.

Amerika hökuməti Türkiyəni vəd olunmuş yüzlərlə qırıcıdan məhrum etməklə yanaşı, ona qarşı sanksiyalar tətbiq etməklə də hədələyib. Eyni zamanda bu, NATO tərəfindən də «reaksiyaya» səbəb ola bilər.

Mənbə sputnik.az


Digər xəbərlər


İranla bağlı son 48 saat! ABŞ yeni qərar verəcək

ABŞ İrana qarşı yeni sanksiyalarını 48 saat ərzində elan edəcək. Bunu ABŞ Prezidenti Donald Tramp deyib. “Biz İrana qarşı hansısa sanksiyalar t...

Ermənistanda bərqərar olan Nikol Paşinyan hökuməti dağılır

Bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Ermənistandakı vəziyyəti şərh edərkən bildirib. O xatırladıb ki, bu həftə Ermənista...

BMT-nin Baş Assambleyasının yeni sədrindən bəşəriyyətin gələcəyi ilə bağlı ÇAĞIRIŞ!

BMT-nin Baş Məclisi müntəzəm olaraq, 74-cü sessiyasını Nyu Yorkdakı qərargahında keçirib. BMT-nin Baş Məclisinin sədri Tijani Muhammad-Bande plena...

Yerevanda aksiya başlanıb - "Qələbə! Robert Koçaryanı ittiham etdilər!"

Daha əvvəl Yerevan məhkəməsi Ermənistanın sabiq prezidenti Robert Koçaryanın həbsdə saxlanılmasına dair qərar qəbul edib Yerevanda bir qrup şəxs ş...