16.05.2019

Türkiyədə Əkrəm İmamoğlunun adının çəkilməsi qadağan edilib

«Seçki dönəmində xəbərlərdə CHP-nin namizədi yazılacaq, amma Əkrəm İmamoğlunun adını çəkməyəcəklər»

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasına (AKP) yaxın mətbuat orqanlarına Cümhuriyyət Xalq Partiyasının (CHP) İstanbul üzrə bələdiyyə sədrliyinə namizədi Əkrəm İmamoğlunun adını çəkməmək təlimatı verildiyi iddia edilir.

«Haber3«-ə istinadla xəbər verilir ki, bu iddianı CHP-nin sabiq millət vəkili Barış Yarkadaş ortaya atıb. Sabiq millət vəkili sosial şəbəkədəki profilində yazıb: «AKP tərəfdarı olan mediaya «Əkrəm İmamoğlunun adını çəkməyin» təlimatı verilib. Seçki dönəmində xəbərlərdə CHP-nin namizədi yazılacaq, amma Əkrəm İmamoğlunun adını çəkməyəcəklər. Beləcə onun tanınmasının qarşısını alacaqlar».

Xatırladaq ki, cari il martın 31-də Türkiyədə bələdiyyə seçkisi keçirilib. İstanbul Böyük Şəhər Bələdiyyəsi sədrliyi uğrunda mübarizədə Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Əkrəm İmamoğlu hakim Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi Binəli Yıldırıma qalib gəlib.

Lakin Yüksək Seçki Komissiyası (YSK) seçkinin nəticələri ləğv edib və təkrar seçkilərin keçirilməsinə qərar verilib. Qərarın lehinə komissiyanın 11 üzvündən 7-si səs verib. Digər 4 nümayəndə isə buna qarşı çıxıb. Təkrar seçkilər iyun ayının 23-də keçiriləcək.

Mənbə sputnik.az


Digər xəbərlər


Tereza Mey istefa verərək Baş Nazir vəzifəsini tərk edib

Böyük Britaniyanın Baş naziri Tereza Mey iyunun 7-də Mühafizəkarlar partiyasının lideri postunu tərk edəcəyini deyib. Bu addımı atmağa onu partiya...

Paşinyan məhkəmə hakimiyyətini ələ keçirdi, Ali Məhkəmə sədri istefaya getdi

Ermənistan Ali Məhkəmə Şurasının sədri Qagik Arutyunyan istefaya gedib Bunu jurnalistlərə açıqlamasında şuranın mətbuat katibi Arman Xaçatryan dey...

Bu dəfə ABŞ Türkiyəni sanksiyalarla hədələdi

Qanun layihəsində Türkiyənin «F-35» hərbi qırıcıları proqramında ortaqlığının dayandırılması yer alıb Birləşmiş Ştatlar Senatının Silahl...

Azərbaycanda vətəndaşlara xidmət göstərəcək yeni hökümət portalı yaradıldı

İlk xəbər saat 10:20-də verilib Bu gün Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN Xidmət”) tabe...