14.05.2019

“WorldFood Azerbaijan 2019”-a 190-dək şirkət qatılacaq

Mayın 15-dən 17-dək Bakı Ekspo Mərkəzində keçiriləcək “WorldFood Azerbaijan 2019” sərgisində 19 ölkədən 189 şirkət iştirak edəcək

25 illik yubileyini qeyd edən sərgi uğurlu fəaliyyəti ərzində 40-dan çox müxtəlif ölkəni təmsil edən 2137 şirkəti bir araya gətirib. Nəticədə bu şirkətlərin çoxu Azərbaycanda distribütor tapıb və uğurlu biznes qurub.

Builki sərginin iştirakçıları arasında Azərbaycan, Litva, Rusiya, Sloveniya, Ukrayna, Xorvatiya və digər ölkələri təmsil edən şirkətlər yer alır. İtaliya, Türkiyə və Şri-Lanka isə tədbirdə milli stendlərlə çıxış edir. Ənənəvi olaraq, sərgidə Rusiyanın Başqırdıstan, Penza, Varonij, Vladimir, Kabarda-Balkar kimi regional qrupları da təmsil olunur. Həmçinin bu il sahəsi genişlənmiş Belarusun milli stendinin ekspozisiyası eyni anda iki zalda — ikinci və sərginin tarixində ilk dəfə açılmış üçüncü zalda təqdim ediləcək.

Ənənəvi olaraq, «Made in Azerbaijan» brendi ilə sərgidə geniş çeşiddə qida məhsulları, ət və süd məhsulları, çay, bal, şirələr və milli istehsalçıların digər məhsulları, həmçinin metal konstruksiyalar təqdim olunur. Sərginin sektorları arasında “WorldFood” — qida sənayesi, “WorldDrink” — içkilər, “WorldFoodTech” texnologiyaları sektorları da yer alır. Bu sektorlarda Azərbaycanın və bir sıra xarici ölkələrin təmsilçiləri qənnadı məmulatları, ət və süd məmulatları, şirələr, çay məhsulları, qəhvə, eləcə də, meyvə-tərəvəzlər üçün avadanlıqlar, metal konstruksiyalar, markalama avadanlıqları və sair kimi məhsul və xidmətlərin geniş çeşidini təqdim edəcəklər. Sərgidə debüt edən şirkətlər tədbir iştirakçılarının 40 faizini təşkil edir.

Mənbə azertag.az


Digər xəbərlər


Dünya nəhəngləri “Huawei”lə əməkdaşlığı rəsmi şəkildə dayandırdı

ABŞ-ın Ticarət Nazirliyinin mayın 17-də “Huawei” şirkətini qara siyahıya salmasından sonra bir sıra nüfuzlu kompaniyalar Çin şirkəti ilə əməkdaşlığa ...

"Ferrari" minlərlə avtomobilini geri çağırır

«Ferrari» avtomobil markası Çin bazarında 2071 avtomobilini geri çağırır. «Sinxua» agentliyinə istinadən verdilən məlumata gör...

Huawei ilə əməkdaşlıq etmək istəyənlərin sayı durmadan azalır - Mobil operatorlar da imtina etdi

ABŞ hökuməti tərəfindən qara siyahıya salındıqdan sonra Huawei ilə əməkdaşlıqdan təkcə Google şirkəti ilə bir sıra prosessor iste...

Dünya nəhəngi kosmetika şirkəti səhmlərini satır

İngiltərə-ABŞ kosmetika şirkəti «Avon» Braziliyanın «Natura Cosmeticos» şirkəti ilə biznesinin satışı mövzusunda müzakirələr apar...