28.05.2019

Yerin altında belə saatda 200 km-dən çox sürət yığan yeni TESLA — Video

İki ədəd Tesla elektromobil modeli arasındakı olmuş yarışın videosunu Elon Musk-ın yeraltı tunellərin inşası ilə məşğul olan The Boring Company şirkəti təqdim edib. Bu barədə Electrek saytına istinadən Hightech.plus saytı xəbər verib. Electrek saytı test şərtlərinin heç də ədalətli olmadığını və bu səbəbdən şirkətin yeraltı tunellərinin əsl potensialının müəyyən edilməsində çətinlik yaşandığını bildirib. Təbii ki, yeraltı tunel vasitəsilə hərəkət dən Tesla modeli 2 km yolu Los Anceles küçələri vasitəsilə hərəkət edən Tesla modelindən daha tez qətt edir.

Bununla yanaşı The Verge saytı bildirib ki, Loop adlı yeraltı tunel sisteminin keçən ilki ilkin təqdimatından bəri Tesla-nın tunel daxilində hərəkət sistemi dəyişib. Belə ki, keçən ilki ilkin təqidmatda qeyd olunmuşdu ki, tuneldə hərəkət üçün Tesla modelləri ön tərəfdən əlavə kiçik təkərlərə sahib olacaqlar. Lakin indi həmin stabilizasiya təkərlərinə ehtiyac yoxdur. Çünki bütün işi Tesla-nın avtopilot sistemi edir. Bununla yanaşı bu halda sürücü avtopilot sisteminə tamamilə güvənməli olacaq. Çünki alektromobil tunel daxilində saatda 200 km-dən çox sürət yığır.

Bundan əlavə olaraq təqdim olunmuş videoya əsasən tunel daxilində elektromobil daha az silkələnir. Yaxşı piar potensialına sahib olmasına baxmayaraq bu test yarışması bir neçə səbəbə görə ədalətsiz hesab olunur. Birincisi, test yarışı tunel platformasının önündən başlayıb. Real həyatda isə elektromobilin həmin tunel platformasına enişi müəyən vaxt aparacaqdı. Həmin məsələ həmçinin finiş xəttinə də aiddir. İkincisi, real həyatda tunelə daxil olan zaman tıxac yarana bilər. Bu cür sürəti isə tunel daxilində bir avtomobildən daha çoxunun hərəkəti zamanı əldə etmək olmaz. Bunu nəzərə alaraq Electrek saytı qeyd edib ki, yeraltı tunellərin şəhər vəziyyətinə necə təsir edəcəkləri barəsində tam real simulyasiya The Boring Company şirkətinin potensialından daha çox xəbər verə bilərdi.

Mənbə technote.az


Digər xəbərlər


DİQQƏT! Pulsuz Whatsapp gəlir

Ehtiyatlı olun, bu əməliyyatdan sonra telefonunuzda internet olmayacaq Artıq internet olmadan “WhatsApp”-da mesajlaşmaq mümkün olacaq. Türkiyə...

Bulvarda möhtəşəm rəqs festivalı keçiriləcək

Bakı Dənizkənarı Bulvar İdarəsi, Azərbaycan Gənclər İttifaqı və Azərbaycan Rəqs Assosiasiyasının təşkilatçılığı ilə Dənizkənarı Bulvarda “Baku Soul o...

Bakılı stilist dünyanın ən uğurlu kişisi seçilib

Vadim Qalaqanov «Ən yaxşı fəşn-direktor» nominasiyasında Successful Men Awards mükafatını qazanıb Rusiyanın Bakı əsilli populyar ulduz s...

Fuad Abbasovun deportasiyası alınmadı

Rusiyada həbs olunan jurnalist Fuad Abbasov Azərbaycana, əvvəlcədən bildirildiyi kimi, mayın 28-də deportasiya olunmayacaq. Bu barədə açıqlamasınd...