26.06.2019

Ərdoğan prezident səlahiyyətlərini Fuad Oqtaya təhvil verdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan öz səlahiyyətlərini vitse-prezident Fuad Oqtaya təhvil verib

Bu addım R.T.Ərdoğanın Yaponiyaya səfəri ilə əlaqədardır.

Bildirilir ki, R.T.Ərdoğan 28-29 iyun tarixlərində Osaka şəhərində G20 ölkələrinin zirvə toplantısında iştirak edəcək.

Qeyd edək ki, G20 sammitinə isə Argentina, Avstraliya, Braziliya, Kanada, Çin, Fransa, Almaniya, Hindistan, İndoneziya, İtaliya, Meksika, Cənubi Koreya, Cənubi Afrika, Rusiya, Səudiyyə Ərəbistanı, Türkiyə, Böyük Britaniya, Amerika Birləşmiş Ştatları, Avropa İttifaqı və Yaponiya, İspaniya, Sinqapur, Tayland, Misir, Seneqal, Çili, Vyetnam, Hollandiya, həmçinin Birləşmiş Millətlər Təşkilatı, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Dünya Ticarət Təşkilatı və s. ölkə və təşkilatlar daxildir.

Yaponiya ilk dəfə foruma ev sahibliyi edəcək.

Xatırladaq ki, R.T.Ərdoğan sonuncu dəfə 14-15 iyun tarixlərində Tacikistanda Asiya Əməkdaşlıq və Münasibətlər Konfransında (CICA) iştirak edərkən səlahiyyətlərini təhvil vermişdi.

Mənbə axar.az


Digər xəbərlər


Putinlə Ərdoğan görüşdü - Müzakirə olunan məsələlər

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin görüşüb. Gülüstan.info xəbər verir ki, bu barədə Türkiyənin prezident a...

İlham Əliyev Romanın meri ilə görüşdü - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 21-də Roma şəhərinin meri xanım Vircinia Raggi ilə görüşüb. Gülüstan.info xəbər verir ...

Rusiyadan Türkiyəyə ittiham - Foto, video sübüt təqdim etsinlər

«İdlibdə baş verən atışmalar nəticəsində Suriya-Türkiyə sərhəddinə yüz minlərcə insanın qaçması yalandır». Gülüstan.info xəbər verir ki,...

Prezident Ərdoğan bu gün İdliblə bağlı Putinlə görüşəcək

Prezident Rəcəb Tayyib Ərdoğan, cümə namazını Hz. Əli Məscidində qılıb. Namazdan sonra mətbuat mənsublarının suallarını cavablandıran Prezident Ərdoğ...