07.06.2019

Ərzaq məhsulları ucuzlaşacaq – Rəsmi

Kənd təsərrüfatı məhsulları mövsümi xarakterli amillərin təsiri ilə qarşıdakı bir neçə ayda da ərzaq inflyasiyasına azaldıcı təsir edəcək.
Mərkəzi Bankdan (MB) verilən məlumatda qeyd olunub ki, ötən ilin aprelindən bu ilin aprelinə qədər ərzaq və xidmətlər üzrə qiymət artımı (müvafiq olaraq 3.5% və 3.8%) hədəf intervalında formalaşıb. Qeyri-ərzaq məhsullarının qiymətləri isə 1.4% yüksəlib. May ayında mövsümi amillərin təsiri ilə istehlak səbətində mühüm xüsusi çəkiyə malik ərzaq məhsulların ucuzlaşması müşahidə edilib.

Real sektor monitorinqinin nəticələrinə əsasən, son ayda qiymət gözləntiləri ticarət, xidmət və tikinti sektorlarında azalıb, qeyri-neft emal sənayesində dəyişməz qalıb.

Qeryd edək ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatına əsasən, dünya ərzaq qiymətləri aprel ayında ötən ilin eyni dövrünə nəzərən 2.2% aşağı düşüb.

Mənbə musavat.az


Digər xəbərlər


Yeni "Elektron ipoteka və kredit zəmanət” sistemi artıq vətəndaşların istifadəsinə verildi

İpoteka və Kredit Zəmanət Fondunun yeni «Elektron ipoteka və kredit zəmanət” sistemi əhalinin və fondun müvəkkil təşkilatlarının (banklar, sığor...

Çay və şəkər tozu kəskin şəkildə bahalaşdı

«Türkiye Şeker Fabrikaları A.Ş.» (Türk Şəkər) şəkərin qiymətini 16 faiz artırdığını açıqlayıb  «Türk Şəkər»in rəsmi internet s...

İpoteka üçün staj arayışı almaq bu şəxslər üçün asanlaşdı

Dövlət İmtahan Mərkəzində qeydə alınan müraciətlə bağlı cari vəziyyəti şəxsi kabinetdən izləmək mümkündür İpoteka üçün dövlət qulluğunda staj barə...

Dünyanın inkişaf etmiş ölkələrində “Yaponlaşma” prosesi gedir

Son illər dünyanın inkişaf etmiş ölkələrində “Yaponlaşma” prosesi gedir. Bunu vaxtilə Yaponiya iqtisadiyyatında qeydə alınmış tendensiyaların bir sır...