Bakı 30 ℃

USD 1.7
RUB 0.0302
EUR 1.7744
TRY 0.101
Qızıl 3079.686
Gümüş 34.3069

11.06.2019

Heydər Əliyev Mərkəzinin parkında möhtəşəm sərgi açılıb- Foto

Heydər Əliyev Mərkəzinin parkında tanınmış fotoqraf Reza Deqatinin “Odun ruhu. Vizual səyahətə dəvət” adlı sərgisi açılıb

Açılış mərasimində Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov çıxış edərək budəfəki sərgidə tanınmış fotoqrafın Azərbaycanın tarixinin, mədəniyyətinin müxtəlif dövrlərini əks etdirən fotolarından istifadə olunduğunu bildirib. O, Heydər Əliyev Fondunun layihələrində yaxından iştirakına görə müəllifə təşəkkürünü ifadə edərək deyib: “Reza Deqati hər zaman dünyanın qaynar nöqtələrində olub. Rəssamın əsərləri dünyanın müxtəlif ölkələrində, eləcə də Fransada keçirilən sərgilərdə nümayiş edilib. Onun fotoları vasitəsilə Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdıra bilmişik. Bu fotolar vasitəsilə Azərbaycanın müxtəlif bölgələri ilə yanaşı, Qarabağ həqiqətləri, Xocalı faciəsi dünya ictimaiyyətinin diqqətinə çatdırılır”.

Xoş sözlərə görə təşəkkürünü bildirən fotoqraf hələ 42 il bundan əvvəl Azərbaycanda olduğunu diqqətə çatdırıb. Ötən müddətdə dünyanın müxtəlif ölkələrini gəzdiyini deyən Reza Deqati Azərbaycandakı gördüyü inkişafdan riqqətə gəldiyini söyləyib. «Azərbaycan böyük mədəniyyətə malik ölkədir. Onun ən böyük zənginliyi insanlarıdır. Fondun dəstəyi ilə Azərbaycanı gəzmişəm və bu diyarın gözəlliklərini, zənginliyini, mədəniyyətini fotolarda əks etdirməyə çalışmışam. Bu dəstəyə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkürümü bildirirəm», — deyə Reza Deqati qeyd edib.

Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.

Məşhur fotojurnalist Reza Deqati 40 ildən çoxdur ki, dünyanı gəzib dolaşır. Parisdə yaşayan və 30 kitabın müəllifi olan R.Deqatinin əsərləri bütün dünyada sərgilənir. “National Geographic” Cəmiyyətinin tədqiqatçısı olan Reza Deqati bir sıra beynəlxalq mükafatlar qazanıb. O, Missuri Universitetinin “Şərəf” medalına və Parisin Amerika Universitetinin fəxri doktoru adına layiq görülüb. Fransa hökuməti onu göstərdiyi xidmətlərə görə Milli Cəngavərlik Ordeni ilə təltif edib.

Reza Deqatinin əsərləri, eyni zamanda, Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən bir sıra layihələrdə təqdim edilib. Fondun təşkilatçılığı ilə 2013-cü ildə Parisdə — UNESCO-nun mənzil-qərargahında Reza Deqatinin “Azərbaycan – tolerantlıq məkanı” adlı sərgisi açılıb. Həmin sərgi daha sonra Moskvada, eləcə də BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında, Brüsseldə — Avropa Parlamentində nümayiş olunub. 2014-cü ildə isə Parisdə Reza Deqatinin “Azərbaycan – alovun zərifliyi” sərgisi keçirilib.

Mənbə azertag.az


Digər xəbərlər


1930-cu illərdə Şuşada toxunan xalça Milli Xalça Muzeyinə hədiyyə olunub

İyulun 6-da, saat 17:00-da Azərbaycan Milli Xalça Muzeyində Ağsaqqallar Şurasının sədr müavini, Azərbaycan Respublikası Prezident...

Rəsul Rzanın ev-muzeyi yaradılacaq - SƏRƏNCAM

Prezident İlham Əliyev Rəsul Rzanın ev-muzeyinin yaradılması haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Nazirlər Kabinetin...

Azərbaycan 59-cu Venesiya Biennalesində təmsil olunur

Azərbaycan Heydər Əliyev Fondunun təşkilatçılığı ilə 59-cu Venesiya Biennalesində – Beynəlxalq İncəsənət Sərgisində təmsil olunur...

Tofiq Mirzəyev “Xalq artisti” fəxri adı və “Şöhrət” ordeni ilə təltif edilib

Tofiq İbrahim oğlu Mirzəyevə “Xalq artisti” fəxri adı verilib. Gülüstan.info xəbər verir ki, Prezident İlham Əliyev bununla ba...

Heydər Əliyev Mərkəzində xalça motivləri əsasında hazırlanan geyimlərin dəfiləsi keçirilib

Heydər Əliyev Mərkəzində xalça motivləri əsasında hazırlanan geyimlərin dəfiləsi keçirilib. Gülüstan.info xəbər verir ki, Heyd...

Azərbaycan Kinematoqrafçılar İttifaqına yeni sədr seçilib

Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) İdarə Heyətinin ümumi yığıncağı başlayıb. Toplantını Azərbaycan Yazıçılar Birli...

Bu gün “TEKNOFEST Azərbaycan” festivalı işə başlayır

Bu gün Bakıda “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı işə başlayır. Tədbir 4 gün davam edəcək. “TEKNOFES...

Heydər Əliyev Fondunun dəstəyi ilə “Azərbaycan xalçası-ilmələrin rəqsi” adlı yeni xalça kolleksiyası və kitabı təqdim olunacaq

Heydər Əliyev Fondunun dəstəyi ilə milli-mənəvi dəyərlərimizin, mədəni irsimizin qorunub saxlanılması, inkişafı və tanıdılmasına ...