12.06.2019

15 İyun bütün milli parklarda «Açıq qapı» günü olacaq

Azərbaycanın milli parklarında iyunun 15-də Milli Qurtuluş Günü ilə əlaqədar «Açıq qapı» günü keçiriləcək və ziyarətçilər giriş haqqından azad ediləcək. «Açıq qapı» günü səhər saat 09:00-dan saat 18:00-dək davam edəcək.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova iyunun 12-də keçirilən mətbuat konfransında məlumat verib.

Mətbuat katibi, həmçinin deyib: «Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkəmizdə ətraf mühitin mühafizəsi və bioloji müxtəlifliyin qorunması istiqamətində də bir sıra tədbirlər həyata keçirildi, xüsusi mühafizə olunan təbiət ərazilərinin sahələri genişləndirildi. Nadir və nəsli kəsilmək təhlükəsi qarşısında olan flora və fauna növlərinin qorunub saxlanılması məqsədilə milli parklar, dövlət təbiət qoruqları və dövlət təbiət yasaqlıqları yaradılaraq mühafizə və infrastruktur baxımından inkişaf etdirildi. İlk milli park olan akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkının yaradılması da məhz dahi şəxsiyyətin hakimiyyəti illərinə təsadüf edir.

Hazırda Azərbaycanda 10 milli park fəaliyyət göstərir: Abşeron, Altıağac, Şahdağ, Samur-Yalama, Şirvan, Hirkan, Ağgöl, Göygöl, Qızılağac və akademik Həsən Əliyev adına Zəngəzur milli parkları.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi hər kəsi Milli Qurtuluş Günü ilə əlaqədar milli parklara dəvət edir».

Mənbə azertag.az


Digər xəbərlər


Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Moskvada Azərbaycan Mədəniyyəti Günündə iştirak edib - Yenilənəcək

İyunun 24-də Moskvada Azərbaycan Mədəniyyəti Günü keçirilib. Tədbir Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı (RAGB) tərəfindən bu qurumun 10 münasibə...

Tariximiz getdikcə erməniləşir - Laçında daha bir Azərbaycan məbədinin erməni kilsəsi kimi açılışı oldu - FOTOLAR

Azərbaycanın 27-ci ildir ki, işğal altında qalan Laçın rayonunun Hoçaz kəndində sülənən ermənilər daha bir tarixi məbədimizi abadlaşdıraraq öz kilsə...

Azərbaycanın Xalq şairi Nigar Rəfibəylinin doğum günüdür

Bu gün Azərbaycanın Xalq şairi Nigar Rəfibəylinin doğum günüdür. XX əsr Azərbaycan poeziyasının ictimai fikir tarixində özünəməxsus yeri olan qadın ş...

Merilin Monronun heykəli oğrulandı

Hollivudun şöhrət küçəsində yerləşən və ən çox şəkli çəkilən heykəlin taleyi naməlum olaraq qalır. lavanguardia.com saytına istinadən xəbər verir ...