20.06.2019

Merilin Monronun heykəli oğrulandı

Hollivudun şöhrət küçəsində yerləşən və ən çox şəkli çəkilən heykəlin taleyi naməlum olaraq qalır.

lavanguardia.com saytına istinadən xəbər verir ki, ağ parçaya bürünmüş Merilin Monronun tunc heykəli yoxa çıxıb. Los-Anceles polisi oğruları tapmaq üçün cinayət işi açıb.

Bir şahidin dediyinə görə, əlində mişar olan bir nəfər bazar ertəsi axşamçağı heykəli özülündən ayırmağa çalışırmış.

Polis sübutlar toplamaq üçün araşdırmalara başlayıb və bir neçə şahid ifadələri alıb.

Mənbə azertag.az


Digər xəbərlər


İlham Əliyev və Mehriban Əliyeva Vatikanda Sikstin Kapellası və Müqəddəs Pyotr Kilsəsi ilə tanış olublar

Fevralın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Vatikanda Sikstin Kapellas...

Prezident və xanımı Romada Azərbaycan Mədəniyyət Mərkəzi üçün nəzərdə tutulan bina ilə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 21-də Romada Azərbaycan Mədəniyyət Mərkəzi üçün nəzərdə...

Mehriban Əliyeva İtaliyanın Kuirinale Sarayı ilə tanış olub

Fevralın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliyaya dövlət səfəri çərçivəsində birinci xanım Mehriban Əliyeva Romadakı Kuir...

İtaliyanın ənənəvi portağal döyüşü festivalı bu il də keçirildi

Hər il olduğu kimi, çərşənbə axşamı günü, İtaliyadakı “İvrea” şəhərinin vətəndaşları, bir-birlərinə portağal atmaq üçün əsas meydanda toplaşıblar. ...