11.06.2019

Azərbaycanın turistik bölgələrindən olan Qubanın yolu bərbad gündə — Video

Bakı-Quba yolu bərbad vəziyyətə düşüb.

“Xəzər Xəbər”in məlumatına görə, magistral yol dağılıb.
Sürətli avtomobil yolunun bir neçə kilometrlik hissəsində böyük çuxurlar əmələ gəlib. Yolun paytaxta gəliş hissəsinin hazırki vəziyyəti sözün əsl mənasında ürək ağrıdır. Problem özünü Siyəzən rayonundan başlayaraq, Xızının Giləzi qəsəbəsinə qədər olan hissədə daha çox göstərir.

Yolun hazırki vəziyyəti sürücülər üçün təhlükəli vəziyyət yaradır. Çəkiliş zamanı yola görə bir neçə iritonnajlı avtomaşınlarda texniki nasazlıq yarandığını müşahidə etdik. Üstəlik, sürücülərin əksəriyyəti yolda tez-tez zolaq dəyişdirməyə məcbur qalırlar. Çuxura düşməmək üçün edilən ani manevrlər isə magistral yolda qəza riskini artırır.

Yolun hazırki vəziyyətinə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi münasibət bildirib. Qurumun sözçüsü Anar Nəcəfli deyir ki, yol çəkilən zaman tikinti işləri aparan podradçı şirkətlərin işinə nəzarət olunmayıb. Bu səbəbdən yolda konstruktiv səhvlərə yol verilib. Yolda qrunt sularının ötürülməsi üçün drenaj sistemi pis qurulub və yaxud bəzi hissələrdə ümumiyyətlə bu sistem yaradılmayıb. Yolun dağılmasının digər bir səbəbi həddindən artıq yüklənən avtomobillərin həmin yoldan hərəkət etməsidir.

Anar Nəcəflinin sözlərinə görə, yolun deformasiyaya uğrayan hissələrində təmir işlərinə start verilib.

Təmir işləri mütəmadi olaraq bütün dağılmış hissələrdə aparılacaq.

Mənbə musavat.az


Digər xəbərlər


Birinci vitse-prezident Mehriban Əliyeva görkəmli alim Şirməmməd Hüseynovun yas mərasimində iştirak edib

İyunun 25-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva görkəmli alim, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçü...

Leyla Əliyeva Çeçenistanın başçısı Ramzan Kadırovla olan görüşü barədə danışıb

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Minskdə keçirilən II Avropa Oyunları çərçivəsində Çeçenistan Respublikasının başçısı Ramzan Kad...

Xameneyinin 97 milyardı necə olacaq? - Trampdan mükəmməl "qol"!

Xəbər verildiyi kimi ABŞ Prezidenti Donald Tramp İrana qarşı yeni və daha sərt sanksiyaları imzaladığını açıqlayıb. Bu dəfəki sanksiyalar paketində h...

Köçəryan məhkəməni boykot etmək niyyətindədir

Ermənistanın keçmiş prezidenti Robert Köçəryan və onun vəkilləri Apellyasiya Məhkəməsinin yekun qərarının açıqlanacağı iclası boykot etmək niyyətində...