ABŞ Amazon, Google, Facebook, Apple şirkətlərinə qarşı antimonopoliya istintaqı apara bilər
ABŞ hökuməti Amazon, Facebook, Apple və Google şirkətlərinə qarşı antimonopoliya istintaqını başlatmağa hazırlaşır. Bu barədə Reuters saytına istinadən Rusbase saytı xəbər verib. Bu istintaqın əsas məqsədi sadalanmış şirkətlərin bazardakı vəziyyətlərindən sui-istifadə edib-etməmələrini yoxlamaqdır.
Məlumata əsasən ABŞ-ın federal ticarət komissiyası bu məsələ ilə bağlı Amazon ilə Facebook şirkətlərini, maliyyə nazirliyi isə Apple ilə Google şirkətlərini yoxlayacaq. Məlumatda qeyd olunub ki, ABŞ hökuməti rəsmi istintaqın aparılıb-aparılmamasına hələ qərar verməyib.
Reuters onu da qeyd edib ki, son zamanlarda böyük texnoloji şirkətlər öz nüfuzlarının adi istifadəçilərə və bazardakı digər təmsilçilərə təsir göstərmələri üzrə qanunvericilərin, adi insanların və rəqiblərin qorxularına tuş gəliblər. Sadalanmış şirkətlər isə istintaq məsələsi ilə bağlı fikir bildirməkdən imtina ediblər.
Mənbə technote.az
Digər xəbərlər

“Boeing”in baş mühəndisi istefa verdi
“Boeing” şirkətinin “737 MAX” təyyarələri ilə baş vermiş qəza hallarını araşdıran şirkətin kommersiya daşınmaları departamentinin baş mühəndisi ...

Tağıyevin villası satışa çıxarıldı - Rekord qiymətə
Azərbaycanlı mesenat Hacı Zeynalabdin Tağıyevin İstanbul sahillərindəki Böyükadada yerləşən tarixi villası satışa çıxarılıb. Virtualaz.org xə...

Bu marşrut xətləri sahibkarların əlində alındı və...
Bakı Nəqliyyat Agentliyi (BNA) 11, 30, 40, 71 və 199 nömrəli müntəzəm marşrut xətlərini müsabiqəyə çıxarıb. Bu barədə BNA-dan bildiirlib. ...

Artıq bu arayışları elektron qaydada ala biləcəksiniz
Bundan sonra vətəndaşların müavinət, təqaüd, pensiya, maddi yardım, şəhid vərəsələri kimi birdəfəlik ödəmə və dövlət tərəfindən avtomobillə təmin olu...