21.06.2019

ABŞ və onun NATO-dakı müttəfiqləri Ankaranın aldığı «S-400″dən niyə ehtiyat etməlidir?

Müəllif qeyd edir ki, Vaşinqton boş yerə Ankaranı sanksiyalarla və «F-35» proqramından qovacağı ilə hədələmir.

Yaxşı olardı ki, ABŞ və onun NATO-dakı müttəfiqləri «S-400″dən ehtiyat etsinlər, çünki bu zenit-raket kompleksləri iqtisadi müharibə də mübarizə vasitəsi kimi istifadə edilə bilər. «National Interest» nəşrinin müəllifi Adam Kabot (Adam Cabot) bu qənaətə gəlib.

Müəllif «S-400» komplekslərinin bir sıra strateji üstünlüklərə malik olduğunu qeyd edir.

Onun sözlərinə görə, «S-400″ün üstünlüklərindən birincisi onun satışından əldə edilən gəlirlə bağlıdır: bu komplekslərin hazırkı və potensial alıcıları sırasında Çin, Hindistan, Türkiyə, Səudiyyə Ərəbistanı və Qətər var. Bu silahların satışı iqtisadiyyatın diversifikasiyasına və silahların modernləşdirilməsinə kömək edir.

Kabotun fikrincə, «S-400″ün ikinci üstün tərəfi odur ki, Rusiya onun sayəsində dünyada qabaqcıl silah sistemlərinin istehsalçısı kimi tanınır.

Bundan başqa, «S-400» onu alan ölkələrlə əlaqələrinin qurulmasına və inkişaf etdirilməsinə kömək edir, belə ki, bu sistemləri satmaqdan savayı həmin ölkələrin hərbçilərinə bu silahları necə istifadə etməyi öyrətmək və texniki qulluq keçirmək lazım olur.

Müəllif bu zenit-raket komplekslərinin daha bir üstünlüyü kimi onların «hibrid müharibədə» istifadə olunma imkanını göstərir. Belə ki, «S-400″ün Türkiyəyə satışı artıq NATO daxilində fikir ayrılığına səbəb olub: əgər Ankara ilə razılaşma tamamlansa, Moskva güclü radiolokasiya sistemi olan bu sistemləri alyansın ərazisində yerləşdirəcək.

Bu baxımdan, müəllif qeyd edir ki, Vaşinqton boş yerə Ankaranı sanksiyalarla və «F-35» proqramından qovacağı ilə hədələmir.

Mənbə sputnik.az


Digər xəbərlər


Həsən Ruhaniyə qarşı tələbələr etiraz aksiyası keçirdi - Foto

Bu gün İran prezidenti Həsən Ruhani Tehran Universitetində çıxış edən zaman tələbə həmkarlar ittifaqının bir qrup üzvü universitet binası qarşısında ...

Sabah 5 rayonda qaz olmayacaq

Oktyabrın 17-də Qaz İxrac İdarəsinin Qazpaylayıcı Stansiyalarda aparacağı yenidənqurma işləri ilə bağlı saat 08:30-dan 19:00-dək Sabirabad, Saatlı, İ...

Prezident Göyçayla bağlı sərəncam imzaladı

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Göyçay rayonu ərazisində Göyçay çayında selə qarşı mübarizə ilə bağlı əlavə tədbirlər haqqında sərənc...

Gəncənin küçə və prospektlərindəki yollar yenilənir

Gəncədə icra olunan su və kanalizasiya xətlərinin yenidən qurulması layihəsinə uyğun olaraq, şəhərin qazılmış küçə və prospektlərinə asfalt örtüyünün...