24.06.2019

AŞPA-da erməni təxribatı — Foto

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Miqrasiya, qaçqınlar və məcburi köçkünlər Komitəsinin iclası zamanı erməni deputatların təxribatının qarşısı alınıb. 

Ermənistandan olan deputat Naira Zohrabyan qurumun yay sessiyası çərçivəsində Azərbaycan tərəfini səhv rəqəmlər təqdim etməkdə günahlandırmağa səy göstərib. 

Ancaq toplantının sədri ermənistanlı deputatı qəzəblənməməyə, təmkinini qorumağa çağırıb. O həmçinin N.Zohrabyanı sual-cavab formatına riaət etməyə dəvət edib.

Avropada öz ölkələrindən məcburi köçkün düşmüş insanların ehtiyacları və humanitar hüquqlarına dair hesabatın müəllifi Killion Munyama isə erməni deputata cavab olaraq Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynovun iclasda azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı təqdim etdiyi rəqəmləri təsdiqləyib. 

O, Dağlıq Qarabağ və ona bitişik 7 rayondandan məcburi köçkün düşmüş insanların sayının 600 min olduğunu bildirib. K.Munyama Dağlıq Qarabağ və ətrafındakı 7 rayonun tamamilə azərbaycanlıların yaşadığı şəhərlər olduğunu xüsusi vurğulayıb.

Hesabat müəllifi ermənistanlı deputat T.Hayrapetyanın Dağlıq Qarabağda yaşayan ermənilərin fikrinin öyrənilmədiyi, sənədin hazırlanmasında onların iştirak etmədiyi ittihamını da əsassız adlandırıb. O, hesabatın 4 ölkənin məcburi köçkünlərinə, habelə azərbaycanlı məcburi köçkünlərə həsr edildilyini, Dağlıq Qarabağda yaşayan ermənilərin bura heç bir aidiyyəti olmadığını bildirib.

Mənbə report.az


Digər xəbərlər


İranla bağlı son 48 saat! ABŞ yeni qərar verəcək

ABŞ İrana qarşı yeni sanksiyalarını 48 saat ərzində elan edəcək. Bunu ABŞ Prezidenti Donald Tramp deyib. “Biz İrana qarşı hansısa sanksiyalar t...

Ermənistanda bərqərar olan Nikol Paşinyan hökuməti dağılır

Bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Ermənistandakı vəziyyəti şərh edərkən bildirib. O xatırladıb ki, bu həftə Ermənista...

BMT-nin Baş Assambleyasının yeni sədrindən bəşəriyyətin gələcəyi ilə bağlı ÇAĞIRIŞ!

BMT-nin Baş Məclisi müntəzəm olaraq, 74-cü sessiyasını Nyu Yorkdakı qərargahında keçirib. BMT-nin Baş Məclisinin sədri Tijani Muhammad-Bande plena...

Yerevanda aksiya başlanıb - "Qələbə! Robert Koçaryanı ittiham etdilər!"

Daha əvvəl Yerevan məhkəməsi Ermənistanın sabiq prezidenti Robert Koçaryanın həbsdə saxlanılmasına dair qərar qəbul edib Yerevanda bir qrup şəxs ş...