24.06.2019

Azərbaycan İsrailə biyan ixrac edəcək

Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Azexport.az  portalının dəvəti ilə İsrailin ən böyük biyan kökü və ekstraktı idxalçısı həmçinin, bu sahədə dünya üzrə ilk onluqda yerləşən “F&C Licorice Group” şirkətinin nümayəndələri Bakıda səfərdə olub.

Qonaqların İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Azərbaycandan biyan kökü ixrac edən şirkət nümayəndələri ilə görüşü təşkil olunub.

Azexport portalının meneceri Ayxan Qədəşov bildirib ki, görüşdə Azərbaycandan növbəti mövsüm illik müqavilə üzrə 2.5-3 min ton yüksək keyfiyyətli biyan kökü məhsulunun İsrailə ixrac olunması haqqında ilkin razılıq əldə olunub. Həmçinin, İsrail nümayəndələrinə Azərbaycanın münbit investisiya mühiti barədə məlumatlar, eləcə də, gələcəkdə birgə əməkdaşlıq çərçivəsində biyan kökü qəbulu  və emalı məntəqələrinin yaradılması üçün təkliflər təqdim olunub.

Qeyd edək ki, Azərbaycanda bir il ərzində oxratoksin A göstəricisi 20-dən aşağı olan 6-7 min ton qurudulmuş və preslənmiş yüksək keyfiyyətli biyan kökü məhsulu əldə olunur. Əldə olunan məhsul əsasən, Çin, Sinqapur, Hindistan, İsrail, İran kimi ölkələrə ixrac olunmaqla yanaşı, daxili tələbatın ödənilməsi məqsədi ilə də istifadə olunur.

 Azexport portalı sadalanan  texniki və keyfiyyət göstəricilərinə uyğun gələn biyan kökü məhsulunun ixracında maraqlı olan sahibkarlara müraciət edərək bildirir ki, Azexport portalı vasitəsi ilə “F&C Licorice Group”  və digər aidiyyəti beynəlxalq şirkətlərin əlaqə vasitələrini əldə edə bilərlər.

Mənbə marja.az


Digər xəbərlər


Beynəlxalq Bankdan "oğurlanan" 1 milyarda yaxın pulun izi harada itirilib? - FAKTLAR

Tanınmış vəkil Adil İsmayılov «Beynəlxalq Bank işi» ilə bağlı növbəti sensasion yazısını yazıb.  Qaynarinfo həmin yazını təqdim edir: ...

Yeni "Samsung Galaxy Note 10" smartfonu artıq satışda

«Samsung Electronics» avqustun 23-də yeni flaqman smartfonu «Galaxy Note 10″u 70 ölkədə satmağa başlayıb. TASS-a istinadən xə...

Huawei ABŞ sanksiyalarına qarşı bu cür silahlanır - Mühəndislərdən ibarət xüsusi komandalar yaradır

ABŞ sanksiyalarının yenidən təxirə salınmasına baxmayaraq Huawei şirkətinn yaradıcısı Ren Zhengfei şirkət əməkdaşlarını yeni layh...

Azərbaycanda yeni fabrik tikilir - Foto

Xalça istehsalı kompleks istehsal sahəsidir. Bu sahənin inkişafını  Yunəyirici-Boyaq Fabriki olmadan təsəvvür etmək mümkün deyil. Xalça isteh...