13.06.2019

Azərbaycanda banklarla bağlı yeni cəza növü tətbiq edildi

Azərbaycanda banklar və digər qurumlarla bağlı yeni cəza növü müəyyən edilib.

Trend-in məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə dəyişikliklərdə əksini tapıb.

Dəyişikliyə əsasən, banklar və xarici bankların yerli filialları, bank olmayan kredit təşkilatları, sığorta bazarının peşəkar iştirakçıları, poçt rabitəsinin milli operatoru, kredit büroları, idman mərc oyunlarının operatorları, qiymətli kağızlar bazarında fəaliyyəti lisenziyalaşdırılan şəxslər və mərkəzi depozitar, lotereya təşkilatçısı, investisiya fondları və onların idarəçiləri tərəfindən qanuna uyğun olaraq müəyyən edilən məbləğdə və qaydada haqların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) ödənilməməsinə görə — vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər üç min manat məbləğində cərimə edilir.

Dəyişiklik səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Mənbə trend.az


Digər xəbərlər


Yeni "Elektron ipoteka və kredit zəmanət” sistemi artıq vətəndaşların istifadəsinə verildi

İpoteka və Kredit Zəmanət Fondunun yeni «Elektron ipoteka və kredit zəmanət” sistemi əhalinin və fondun müvəkkil təşkilatlarının (banklar, sığor...

Çay və şəkər tozu kəskin şəkildə bahalaşdı

«Türkiye Şeker Fabrikaları A.Ş.» (Türk Şəkər) şəkərin qiymətini 16 faiz artırdığını açıqlayıb  «Türk Şəkər»in rəsmi internet s...

İpoteka üçün staj arayışı almaq bu şəxslər üçün asanlaşdı

Dövlət İmtahan Mərkəzində qeydə alınan müraciətlə bağlı cari vəziyyəti şəxsi kabinetdən izləmək mümkündür İpoteka üçün dövlət qulluğunda staj barə...

Dünyanın inkişaf etmiş ölkələrində “Yaponlaşma” prosesi gedir

Son illər dünyanın inkişaf etmiş ölkələrində “Yaponlaşma” prosesi gedir. Bunu vaxtilə Yaponiya iqtisadiyyatında qeydə alınmış tendensiyaların bir sır...