14.06.2019

Azərbaycanda İrana casusluq edən baş redaktor həbs edildi — Foto

Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsinin yaydığı məlumata görə, aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində 1989-cu il təvəllüdlü, Azərbaycan Respublikasının vətəndaşı, «Xeberman.com» və «Press-az.com» informasiya saytlarının təsisçisi və baş redaktoru Aslanov Polad İsrayıl oğlu dövlətə xəyanət cinayət əməllərinə görə şübhəli şəxs qismində saxlanılıb.

Polad Aslanov xarici xüsusi xidmət orqanlarının əməkdaşları ilə respublikadan kənarda məxfi görüşlər keçirib, aldığı pul vəsaitinə dair qəbzləri imzalayıb, müntəzəm pul vəsaitləri ödənilməsi şərti ilə maddi maraq müqabilində məxfi əməkdaşlığa cəlb edilib. O, xarici xüsusi xidmət orqanlarının əməkdaşlarından aldığı tapşırıqlar əsasında Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq istifadə etmək üçün topladığı məlumatları həmin orqanlara ötürüb, onların tapşırığı ilə mətbuatda, sosial şəbəkələrdə dövlət əleyhinə, hüquq-mühafizə orqanlarının qanuni fəaliyyətini nüfuzdan salmağa yönəlmiş yazılar yayımlamağı razılaşdırılıb.

Polad Aslanov adları istintaq sirri kimi hazırda açıqlanmayan jurnalistləri gələcək əməkdaşlıq imkanları üzrə xarici ölkə ərazisində həmin xüsusi xidmət orqanı əməkdaşları ilə tanış edib. İstintaq zamanı Polad Aslanovun Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi maraqlarına zidd olaraq xarici xüsusi xidmət orqanı nümayəndələri ilə əməkdaşlığına dair çoxsaylı materiallar əldə edilib, Polad Aslanov törətdiyi cinayət əməlləri barədə ətraflı məlumatlar verib.

Polad Aslanov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə məsuliyyətə cəlb edilib. Araşdırma aparılır.

Açıqlamada Polad Aslanovun hansı dövlətin xüsusi xidmət orqanı ilə əməkdaşlıq etdiyi açıqlanmasa da, onun Facebook səhifəsindəki paylaşımlarından və səfər fotolarından bəlli olur ki, şübhəli şəxs İrana meyilli adam olub.

Hətta onun sosial şəbəkədə paylaşıdığı şəkillərdən tez-tez İrana səfər etdiyi və ya adamlar göndərdiyi, orada İranın dini hakimiyyətinə bağlı şəxslərlə görüşdüyü və görüşdürdüyü bəlli olur.

Həmçinin onun adı ilə bağlı olan müxtəlif səhifələrdə Azərbaycan əleyhinə çağırışlar edilir, dövlətin dinlə bağlı siyasəti pislənilir. Hətta bu şəxs ölkəmizdə reallaşan beynəlxalq tədbirlər ərəfəsində Azərbaycan əleyhinə mövqeyi ilə seçilən İranın «Səhər» kanalına bağlanaraq bu tədbirləri gözdən salmağa çalışır, dövlətimiz əleyhinə fikirlər sələndirir.

Polad Aslanov öz səhifələrində həmçinin Nardaran hadisələrinə görə, həbs olunan «Müsəlman Qardaşları» radikal dini təşkilatın rəhbəri Taleh Bağırzadəyə də simpatiyasını gizlətmir, «Səhər» kanalındakı canlı yayımlarında onun azadlığını tələb edir.

Onun çıxışlarının hazırda İrana sığınaraq Azərbaycan dövlətinə qarşı istifadə olunan “Mübariz Ruhanilər Cəmiyyəti”nin rəhbəri, Azərbaycan vətəndaşı Tövhid İbrahimbəylinin və İran dini hakimiyyətinə bağlı radikal şəxslərin fikirləri ilə eynilik təşkil etməsi Polad Aslanovun hansı dövlətin xüsusi xidmət orqanları ilə əməkdşalıq etdiyini üzə çıxarır.

Bu məntiqlə yanaşsaq Polad Aslanovun İran xüsus xidmət orqanı ilə anlaşdığını ehtimal etmək olar.

Mənbə gunaz.tv


Digər xəbərlər


Kontakt linza və eynəklərdən düzgün necə istifadə etmək olar?

Uzun müddət eynək taxanlar üçün linzadan istifadə etmək sadə olaraq xilas kimi görünə bilər və ya linza eynək taxmağa qarşı kompleksi olanların seçim...

DSX əməkdaşı bıçaqlandı

Sentyabrın 20-si saat 21:05 radələrində Dövlət Sərhəd Xidmə­tinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazi­sin­də Cəlilabad-Yard...

Adı çəkilən ünvanlardakı yeni binaların mənzilləri "kupça" ilə təmin ediləcək - TARİXLƏR

«Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il fevralın 19-da imzaladığı «Bəzi çoxmənzilli binaların istismarına icazə v...

Karxanada yanğın - Bir nəfər işçi dünyasını dəyişdi

Bakıda daş karxanasında yanğın olub. Hadisə paytaxtın Qaradağ rayonu Korgöz qəsəbəsində yerləşən «Korgöz» daş karxanasında baş verib. ...