05.06.2019

Azərbaycanda nümayiş olunacaq “Riqoletto” operasında bir neçə ölkənin tanınmış solistləri çıxış edəcək

İyunun 15-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında C.Verdinin “Riqoletto” operasının tamaşası keçiriləcək.

Teatrdan verilən məlumata görə, Azərbaycan Dövlət Opera və Balet Teatrı bu tamaşada Riqoletto partiyasını ifa etmək üçün Belqrad Milli Teatrının (Serbiya) aparıcı solisti, vokalçıların beynəlxlaq müsabiqələrinin laureatı Matiç Draqutini dəvət edib.

Hersoq rolunda isə Əlişir Nəvai adına Özbəkistan Dövlət Akademik Böyük Teatrının solisti, Özbəkistanın Xalq artisti, vokalçıların beynəlxlaq müsabiqələrinin laureatı Ramiz Usmanov çıxış edəcək.

Opera tamaşasında əsas partiyalardan biri olan Cilda partiyasını Azərbaycanın Əməkdar artisti İnarə Babayeva ifa edəcək.

Mənbə trend.az


Digər xəbərlər


Azərbaycanlı həkim Sami Yusufun "Sığmazam"ını yekə xaltura adlandırdı - Görəsən musiqiçi həkimin əməliyyatına qarışır?

Sami Yusufun Nəsiminin qəzəlinə bəstələdiyi əsər haqqında. Son həftə sosial şəbəkələrdə Sami Yusufun İmaməddin Nəsiminin “Məndə sığar iki cahan, ...

Nəriman Nərimanovun heykəli qəzalı vəziyyətə düşüb - Foto

Azərbaycanın görkəmli ictimai-siyasi xadimi və böyük ədibi Nəriman Nərimanovun Gürcüstanın Marneuli rayonunun mərkəzində yerləşən heykəli daha da qəz...

“Əbədi ezamiyyət” sənədli filmi bu dəfə Ankarada nümayiş olundu

Ankarada Heydər Əliyev Fondunun dəstəyi və Arzu Əliyevanın baş prodüserliyi ilə Bakı Media Mərkəzi tərəfindən çəkilmiş “Əbədi ezamiyyət” sənədli film...

Heydər Əliyev Mərkəzi 200-dək unikal musiqi alətini sərgiləyəcək

Heydər Əliyev Mərkəzində hər bir kəsin marağına səbəb olacaq yeni sərgi açılır.  Bu barədə «Report»a Mərkəzdən məlumat verilib.  ...