04.06.2019

Azərbaycanda POS-terminalların işləməməsi səbəbi haqqında — Video

Hazırda Azərbaycan dünyanın 190-a yaxın ölkəsi ilə ticarət əməliyyatları aparır. Ölkə iqtisadiyyatına 260 milyard ABŞ dollarına yaxın investisiya yatırılıb ki, bunun da təxminən yarısı xarici sərmayələrdir.

“Xəzər Xəbər”in məlumatına görə, sahibkarlıq günün həsr edilmiş «Dövlət sahibkarın ən yaxşı tərəfdaşıdır» adlı konfransda çıxış edən iqtisadiyyat naziri Şahin Mustafayev belə deyib.

Nazir iqtisadiyyatın inkişafında sənayə parklarının əhəmiyyətindən də danışıb, hazırda 21 belə müəssəsin olduğunu və bu il daha 15 belə parkın açılacağını və mövcud parklarında istehsal gücünün artırılacağını bildirib. Bunlar isə həm də yeni iş yerlərinin açılması deməkdir.

Əmək və əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev isə əmək müqavilələrinin sayında ciddi artımın olduğunu , eyni zamanda özünüməşğulluq proqramı ilə ötən il 6 min ailənin mikrotəsərrüfat qurduğunu, bu il bu rəqəmin 10 minə növbəti illərdə isə 15 minə çatdırılması üçün çalışdıqlarını bildirib.

Tədbirdə çıxış edən Vergilər nazirinin müavini Sahib Ələkbərov isə vergi sahəsində yoxlamaların bir neçə dəfə azaldığını buna rəğmən bəzi problemlərin hələ də qaldığını vurğulayıb. Nazir müavini ölkəmizdə işlək pos-terminalların sayının 80 mindən 67 minə düşdüyünü bildirib və bu sayın artırılması üçün çalışdıqlarını bildirib.

Sahib Ələkbərov yaxın gələcəkdə Azərbaycanda onlayn kassaların da tətbiqinə başlanılacağını bildirib.

Mənbə axar.az


Digər xəbərlər


Bu iki telefon nəhəngi 108 MP-lik kamera əldə edə bilərlər

Bu həftənin əvvəli Samsung şirkəti 108 MP-lik ISOCELL Bright HMX kamera modulunu təqdim etmişdi. İndi isə internetdə həmin kamera...

Qatlana bilən smartfonlar bazarı ələ keçirtməyə hazırlaşırlar

 IHS Markit analitik şirkəti böyük şirkətlərin qatlana bilən smartfon modelləri barəsində proqnozları əks etdirən hesabatı təqdim edib. Bax...

iPhone 11-in mümkün təqdimat tarixi bəlli olub

Sentyabr ayının yaxınlaşması ilə Apple şirkətinin yeni iPhone modelləri barəsində daha çox məlumat ortaya çıxmağa davam edir. İnd...

Evini kirayə verənlər vergi verməlidir?

Şəxsi evini notarius qaydası ilə kirayə verən fiziki şəxs gəlirindən vergi ödəməlidirmi? Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən fin...