07.06.2019

Azərbaycanda zəfəran yeni brend adı altında satışa çıxarılacaq

Kənd Təsərrüfatı Nazirliyi«nə məxsus «Dövlət Aqrar Ticarət Şirkəti» MMC zəfəranın qablaşdırılmasını və satışını həyata keçirəcək”.

Bu barədə “Report”a şirkətin mətbuat katibi Mayis Musayev bildirib.

Onun sözlərinə görə, «Dövlət Aqrar Ticarət Şirkəti» MMC ölkədə çayın, noxudun və düyünün qablaşdırılmasını həyata keçirir:

“Digər məhsulların isə hissə-hissə qablaşdırılmasını həyata keçirəcəyik. Zəfəranla bağlı da planlarımız var. Bu il ərzində həyata keçirilməsi planşdırılır. Hazırda zəfəran istehsalçıları ilə bu istiqamətdə danışıqlar aparılır, əməkdaşlıqlar qurulmağa başlanılıb. İyunun 4-də ölkədə Zəfəran İstehsalçıları, emalçıları və ixracatçıları Assosiasiyası təsis edlib. Biz gələcəkdə Assosiasiya vasitəsilə zəfəran istehsalçıları ilə əməkdaşlıq edəcəyik”.

Xatırladaq ki, hazırda ölkədə zəfəran əkini sahələri SSRİ dövrü ilə müqayisədə təxminən 30 dəfə azdır. Əvvəllər Bakı, Gəncə və Şəkidə 430 hektar ərazidə zəfəran əkilib. Hazırda yalnız Bakının Zirə qəsəbəsində 6,5 hektar ərazidə zəfəran var. SSRİ dövründə Bakının Bilgəh qəsəbəsində 18 hektar ərazisi olan zəfəran sovxozu var idi. Ondan da 8hektar qalıb. Əvvəllər Azərbaycanda ildə 600 kq zəfəran istehsal olunardı, hazırda bu rəqəmin nə qədər olduğu məlum deyil. Zəfəran ilə bağlı ölkədə statistikanın aparılması gələn ildən gözlənilir.

Mənbə report.az


Digər xəbərlər


UEFA "Qarabağ"ın hesabına 4 milyon avroya yaxın pul ödəyib

“Qarabağ” Futbol Klubunun 2019-2020-ci il mövsümündə UEFA Avropa Liqasının qrup mərhələsində iştirakı ilə əlaqədar UEFA tərəfindən ayrılmış vəsait kl...

“Nissan” şirkətinin rəhbəri vəzifəsindən getdi

Sentyabrın 16-da Yaponiyanın “Nissan” avtomobil şirkətinin rəhbəri Hiroto Saikava istefa verib. Kyodo agentliyinə istinadla xəbər verilir ki, onun...

ABŞ-ın Windows qadağası sanksiyaları səbəbilə Huawei şirkəti öz noutbuklarını Linux'a keçirdir

Huawei şirkəti ABŞ sanksiyaları səbəbilə Windows əməliyyat sistemindən istifadənin qadağan olunmasına artıq hazırlaşır. Buna görə də şirkət Linux əmə...

iPhone 11 smartfonu ön sifariş rekordu qırdı

 Təqdimatdan sonra iPhone 11 alıcılar arasında böyük səs küyə səbəb oldu. Onların bir hissəsi artıq Apple mağazalarının qaba...