11.06.2019

«Bakı Metropoliteni» sərnişinlərinin nəzərinə! Yeni qatarlar artıq gətirilib

Yeni qatarlarda hər vaqonun özünün mühərriki var

«Bakı Metropoliteni» Qapalı Səhmdar Cəmiyyətinə yeni qatarlar gətirilib. Bu barədə «Bakı Metropoliteni» QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında deyib. O bildirib ki, Rusiyadan alınan daha 2 qatar bu gündən depoya daxil olub: «Yeni qatarlarla sınaq işlərinə başlanılacaq. Bundan sonra isə istismar müddətini başa vuran iki qatar xətdən çıxarılaraq yeniləri ilə əvəzlənəcək. Bu proses bir ayadək davam edəcək. Böyük ehtimalla yeni qatarlar gələn aydan xəttə buraxılacaq».

«Digər yeni qatarlarda olduğu kimi xəttə buraxılacaq 2 qatarda da kondisioner sistemi olacaq. Havanın temperaturu nəzarətdə saxlanılacaq, kondisioner sistemi daim fəaliyyətdə olacaq. Bundan başqa, gətirilən yeni qatarlarda sərnişin üçün böyük əhəmiyyət daşımayan bir sıra texniki yeniliklər də mövcuddur. Bakı metrosunun relyefi, profili tamamilə fərqlidir, yəni bu xətdə eniş, yoxuşlar çoxdur. Bu səbəbdən də bizim tələbimizə uyğun olaraq gətirilən yeni qatarlarda hər vaqonun özünün mühərriki var. Bu da digər qatarlarla müqayisədə bir üstünlükdür. Adətən digər qatarlarda yalnız iki vaqonda mühərrik olurdu» — deyə mətbuat katibi əlavə edib.

O bundan başqa yeni qatarların işıqlanma sistemi, elektron təchizatının tamamilə fərqli olduğunu vurğulayıb.

Qeyd edək ki, yeni qatarlar da Rusiyanın «Metrovaqonmaş» şirkətinin istehsalıdır.

Mənbə sputnik.az


Digər xəbərlər


Vilayət Eyvazov bütün rəisləri Kollegiya iclasına yığdı

Daxili İşlər Nazirliyində “Mülkiyyət əleyhinə olan cinayətlərin və qeyri-aşkar şəraitdə baş vermiş xırda talamaların qarşısının alınması və açılması”...

Azad Rəhimov Mehriban Əliyeva barədə...

Müasir Azərbaycan gimnastikasında olan bügünkü nailiyyətlər Birinci vitse-prezident, Azərbaycan Gimnastika Federasiyasının Prezidenti Mehriban xanım ...

Doğulacaq körpənin oğlan və ya qız olmasını qabaqcadan sifariş etmək mümkündürmü?

Yaponiyada Xirosima Universitetinin alimləri dölün  cinsiyyətini əvvəlcədən seçmək üçün yeni, çox sadə bir yol tapıblar. Bu barədə «The Gua...

Məşədi İbad dövrü gerimi qayıdır? - Azərbaycanda gənc qızlar yaşlı kişilərə ərə gedir

Son zamanlar bir tendensiya müşahidə olunmaqdadır. Bəzi yaşlı kişilər özlərindən xeyli gənc qızlara elçi düşürlər. Ya da əksinə, hansısa gənc qız az ...