21.06.2019

Bakıda maraqlı festival — Orqanik məhsullar festivalı keçirilir

Bu gün Bakıda Dənizkənarı Milli Parkda orqanik məhsullar festivalı (“Organic Food Festival 2019”) işə başlayıb.

İlk dəfə keçirilən bu tədbir iyunun 23-dək davam edəcək.

Festivalda 50-dən çox şirkətin 150-yə yaxın məhsul və xidmətləri təqdim olunur. Məqsəd həm istehsalçılar, həm də istehlakçılar arasında orqanik qidanı təbliğ və təşviq etməkdir.

Tədbirin təşkilatları İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Kənd Təsərrüfatı Nazirliyinə məxsus «Dövlət Aqrar Ticarət Şirkəti» MMC-dir.

Festivalı giriş sözü ilə Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov açıb. O, dövlətin orqanik qida sahəsinin inkişafına önəm verdiyini bildirib. 

Daha sonra BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycan ofisinin rəhbəri Mələk Çakmak çıxış edib. O, təmsil etdiyi qurumun ərzaq və qida təhlükəsizliyinə, sağlam qidaya əlçatanlığına önəm verdiyini diqqətə çatdırıb: «Pesdisitlər düzgün istifadə edirlərsə dünyada qida əlçatan olacaq. Azərbaycanın ixrac yolu ilə dünyanın qida təhlükəsizliyi üçün görəcəyi işlər var. Mən əminəm ki, ölkədə orqanik kənd təsərrüfatı lazımi qədər inkişaf edəcək». 

«Dövlət Aqrar Ticarət Şirkəti»nin direktor müavini Sərxan Sərxanov isə bildirib ki, təmsil etdiyi şirkət bir sıra məhsulları qablaşdırır və satışını həyata keçirir: «Belə məhsulların sayı getdikcə artırılacaq». 

Mənbə report.az


Digər xəbərlər


Həsən Ruhaniyə qarşı tələbələr etiraz aksiyası keçirdi - Foto

Bu gün İran prezidenti Həsən Ruhani Tehran Universitetində çıxış edən zaman tələbə həmkarlar ittifaqının bir qrup üzvü universitet binası qarşısında ...

Sabah 5 rayonda qaz olmayacaq

Oktyabrın 17-də Qaz İxrac İdarəsinin Qazpaylayıcı Stansiyalarda aparacağı yenidənqurma işləri ilə bağlı saat 08:30-dan 19:00-dək Sabirabad, Saatlı, İ...

Prezident Göyçayla bağlı sərəncam imzaladı

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Göyçay rayonu ərazisində Göyçay çayında selə qarşı mübarizə ilə bağlı əlavə tədbirlər haqqında sərənc...

Gəncənin küçə və prospektlərindəki yollar yenilənir

Gəncədə icra olunan su və kanalizasiya xətlərinin yenidən qurulması layihəsinə uyğun olaraq, şəhərin qazılmış küçə və prospektlərinə asfalt örtüyünün...