21.06.2019

Belarusiyada ikinci Avropa Oyunlarının açılış mərasimi keçiriləcək

İyunun 21-də Minskdə ikinci Avropa Oyunları start götürəcək.

“Minsk 2019”a Belarus paytaxtındakı “Dinamo Arena”da keçiriləcək açılış mərasimi ilə start veriləcək. Açılış mərasimi Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

İyunun 30-dək davam edəcək II Avropa Oyunlarında Avropanın 50 ölkəsindən 4 mindən çox idmançı mübarizəyə qoşulub. Atletlər idmanın 15 növü üzrə 200 dəst medal uğrunda mübarizə aparacaqlar. Azərbaycan “Minsk 2019”da 82 idmançı ilə təmsil olunur. Atletlərimiz idmanın 11 növü üzrə medallar uğrunda yarışacaqlar.

Oyunların birinci günündə idmanın üç növü – basketbol 3×3, kamandan oxatma və boks yarışları keçiriləcək. Azərbaycan idmançıları mötəbər idman turnirinin birinci günündə boks və kamandan oxatma yarışlarında mübarizəyə qoşulacaqlar. Bu gün mübarizəyə başlayan üç boksçumuzun rəqibləri Bolqarıstan idmançılarıdır. Mübarizəyə onaltıdabir final mərhələsindən başlayacaq Tayfur Əliyev (56 kq) Boyan Asenov ilə qarşılaşacaq. Rahil Məmmədov (91 kq) Radoslav Panteleyev, Məhəmməd Abdullayev (+91 kq) isə Petar Belberov ilə görüşəcəklər.

Kamandan oxatma yarışında isə Azərbaycanın yeganə təmsilçisi Ozay Qasımova klassik kamandan oxatma üzrə mübarizəyə otuzikidəbir finaldan başlayacaq.

Qeyd edək ki, II Avropa Oyunlarının açılış mərasimə ev sahibliyi edəcək “Dinamo Arena” 1934-cü ildə istifadəyə verilib. 1941-1945-ci illərdəki Böyük Vətən müharibəsi dövründə stadion yararsız vəziyyətə düşüb. Müharibədən sonra – 1947-1954-cü illərdə arenada yenidənqurma işləri görülüb. Bu stadion 1980-ci ildə Moskva Olimpiya Oyunlarının futbol yarışları zamanı 7 qarşılaşmaya ev sahibliyi edib. Arenada 2012-ci ildən növbəti dəfə yenilənmə işləri aparılıb. Hazırda arenanın tamaşaçı tutumu 22 min 246 nəfərdir. İkinci Avropa Oyunlarının bağlanış mərasimi də iyunun 30-da bu arenada keçiriləcək.

Xatırladaq ki, tarixdə ilk Avropa Oyunları 2015-ci il iyunun 12-28-də Bakıda keçiriləcək. Azərbaycan bu mötəbər idman yarışının təşkili üçün qalan 30 aylıq qısa müddətdə hazırlıq prosesini yüksək səviyyədə başa vuraraq Avropa Oyunlarının standartlarını müəyyənləşdirib. “Bakı 2015”də uğurla çıxış edən Azərbaycan millisi komanda hesabında ikinci yerdə qərarlaşıb. İdmançılarımız Oyunlarda 56, o cümlədən 21 qızıl, 15 gümüş və 20 bürünc medal qazanıblar.

İlk Avropa Oyunlarında birinci yeri isə aktivində 164 medal (79-40-45) olan Rusiya millisi tutub. II Avropa Oyunlarına ev sahibliyi edən Belarus millisi isə “Bakı 2015”də 43 medalla (10-11-22) yeddinci olub.

Mənbə AZƏRTAC


Digər xəbərlər


Həsən Ruhaniyə qarşı tələbələr etiraz aksiyası keçirdi - Foto

Bu gün İran prezidenti Həsən Ruhani Tehran Universitetində çıxış edən zaman tələbə həmkarlar ittifaqının bir qrup üzvü universitet binası qarşısında ...

Sabah 5 rayonda qaz olmayacaq

Oktyabrın 17-də Qaz İxrac İdarəsinin Qazpaylayıcı Stansiyalarda aparacağı yenidənqurma işləri ilə bağlı saat 08:30-dan 19:00-dək Sabirabad, Saatlı, İ...

Prezident Göyçayla bağlı sərəncam imzaladı

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Göyçay rayonu ərazisində Göyçay çayında selə qarşı mübarizə ilə bağlı əlavə tədbirlər haqqında sərənc...

Gəncənin küçə və prospektlərindəki yollar yenilənir

Gəncədə icra olunan su və kanalizasiya xətlərinin yenidən qurulması layihəsinə uyğun olaraq, şəhərin qazılmış küçə və prospektlərinə asfalt örtüyünün...