26.06.2019

Bill Gates etiraf etdi — Android ilə mübarizədə məğlubiyyəti Microsoft’un ən böyük səhvi adlandırdı

Microsoft şirkətinin əsas səhvi onda oldu ki, o, Google şirkətinə fərdi əməliyyat sistemi olan Android-i işə salmağa imkan verdi. Bu cür fikri Microsoft şirkətinin yaradıcısı Bill Gates bildirib. Bu barədə Techcrunch saytına istinadən Vc.ru saytı xəbər verib.

“Ən böyük səhv mənim bacarıqsız rəhbərliyim səbəbilə Microsoft şirkətinin bugünki gündə Android-in olduğu bir şirkətə çevrilməməsidir. Android Apple cihazlarında çalışmayan standart mobil platformadır. Bu isə öz növbəsində Microsoft şirkətinin qalib gəlməsinə səbəb ola bilərdi. Bu elə bir vəziyyətdir ki, qalib olan tərəf özü ilə hər şeyi aparır. Hal hazırda Apple-dan olmayan yalnız yeganə bir əməliyyat sistemi üçün yer var və siz heç bilirsiniz onun qiyməti nə qədərdir? 400 milyard dollar. Həmin vəsait Google şirkətinə deyil Microsoft-a keçə bilərdi” — deyə Bill Gates bildirib.

Bill Gates-in sözlərinə əsasən bu cür səhvin edilməsinə baxmayaraq Microsoft ilə Office hələ də bazarda güclü mövqelərə sahibdirlər. Onun sözlərinə əsasən əgər vaxtı ikən Microsoft həmin səhvi etməsəydi hal hazırda o, dünyanın aparıcı şirkəti olardı. Qeyd etmək lazımdır ki, Google şirkəti Android-i 2005-ci ildə almışdı. Məlumata əsasən bu alışın dəyəri 50 milyon dollar təşkil edib.

Microsoft şirkəti isə mobil cihazlar üçün Windows Phone əməliyyat sistemini 2010-cu ildə istifadəyə verib. 2017-ci ildə şirkət bu əməliyyat sisteminin inkişaf etdirilməsindən və onun əsasında məhsulların hazırlanmasından imtina etdiyini elan etmişdi. Bu ilin yanvar ayında isə şirkət Windows 10 Mobile dəstəyini tamamilə dayandırmış və istifadəçilərə Android və ya iOS-ə keçid etmələrini məsləhət görmüşdü.

Mənbə technote.az


Digər xəbərlər


Bu xidmət də ASAN Xidmət-ə verilir

İstilik şəbəkələrinə qoşulma və istilik enerjiindən istifadə üçün texniki şərtlərin verilməsi qaydaları ASAN Xidmət-ə verilir. Bunu Oxu.az-a ...

“App Store” 180 ədəd proqramı silir

“Apple” şirkəti “App Store” əlavələr dükanında elektron siqaret çəkməklə (veypinq) bağlı 180-dən artıq proqramı siləcək. “Apple İnsider”ə ist...

Aztəminatlı ailələr üçün meyvə bağları salınıb (FOTO)

IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) birgə təşəbbüsü ilə noyabrın 14-...

Mark Zuckerberg TikTok-u niyə ala bilmədi?

Facebook şirkəti 2016-cı ildə bir neçə ay ərzində qısa musiqili videolar servisi olan Musical.ly-nialmaq üçün danışıqlar aparırdı. Lakin mü...