07.06.2019

Braziliya və Argentina vahid valyuta yaratmaq istəyir

Argentina və Braziliya vahid valyuta yaratmağın mümkünlüyünü nəzərdən keçirir.

Bu barədə Braziliyanın «Globo» qəzeti məlumat verib.

Qəzetin yazdığına görə, müvafiq planlar barədə Braziliya Prezidenti Jair Bolsonaru və İqtisadiyyat naziri Paulu Gedesin Buenos-Ayresə səfəri zamanı Argentinanın işgüzar dairələri ilə görüşdə elan edilib.

Qəzet işgüzar dairələrdəki mənbələrə istinadən yazır ki, belə makroiqtisadi layihə əvvəllər də təklif olunub. Onların fikrincə, bu, Buenos Ayres və Braziliada hazırda hakimiyyətdə olan sağçıların siyasi mövqelərinin yaxınlığı ilə bağlıdır.

Artıq gələcək valyutaya ad da fikirləşiblər — peso real. Belə ki, hazırda Argentinada pul vahidi peso, Braziliyada isə realdır. 

Mənbə ekonews.az


Digər xəbərlər


UEFA "Qarabağ"ın hesabına 4 milyon avroya yaxın pul ödəyib

“Qarabağ” Futbol Klubunun 2019-2020-ci il mövsümündə UEFA Avropa Liqasının qrup mərhələsində iştirakı ilə əlaqədar UEFA tərəfindən ayrılmış vəsait kl...

“Nissan” şirkətinin rəhbəri vəzifəsindən getdi

Sentyabrın 16-da Yaponiyanın “Nissan” avtomobil şirkətinin rəhbəri Hiroto Saikava istefa verib. Kyodo agentliyinə istinadla xəbər verilir ki, onun...

ABŞ-ın Windows qadağası sanksiyaları səbəbilə Huawei şirkəti öz noutbuklarını Linux'a keçirdir

Huawei şirkəti ABŞ sanksiyaları səbəbilə Windows əməliyyat sistemindən istifadənin qadağan olunmasına artıq hazırlaşır. Buna görə də şirkət Linux əmə...

iPhone 11 smartfonu ön sifariş rekordu qırdı

 Təqdimatdan sonra iPhone 11 alıcılar arasında böyük səs küyə səbəb oldu. Onların bir hissəsi artıq Apple mağazalarının qaba...