14.06.2019

Çavuşoğlu elə söz dedi ki, lirə həmən ucuzlaşdı

Bu gün Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu «S400-lər məsələsində heç bir şəkildə geri addım atmayacağıq» deyib. 

Fins.az xəbər verir ki, açıqlamadan sonra Türk Lirəsi Dollar qarşısında daha da ucuzlaşıb. Dollar/TL məzənnəsi 1%-ə yaxın artımla 5.9224 səviyyəsinə yüksəlib (saat 11:30-a olan məlumat).

Dünən də Türk lirəsi S400-lər ilə bağlı olaraq 1%-dən çox ucuzlaşmışdı.

Çavuşoğlu, «Heç bir şəkildə geri addım atmayacağıq. Müstəqil və azad millət olmaq üçün qərarlılığımızı davam etdirəcəyik» ifadələrini istifadə edib.

Çavuşoğlu, «ABŞ bizə qarşı mənfi addımlar atarsa, bizim də atacağımız addımlar var. «Amerika qərarlarını versin, biz də səssiz-səmirsiz oturaq» anlayışı yoxdur artıq. Bizə qarşı mənfi bir davranış olsa, biz də qarşılığını verəcəyik.

Sabah bizə qarşı hər hansı bir hücum olduğu zaman NATO-nun bizi qoruyacaq bir gücü yoxdur. NATO bizim hava məkanımızın 30%-ni nəzarətdə saxlaya bilir. Bizim ən çox ehtiyacımız olduğu zamanda ABŞ, Hollandiya Patriot batareyalarını geri çəkdi. Bir tək İspaniya və İtaliya bunları saxladı. Əlbəttə, bu bir milli məsələdir», -əlavə edib.

Mənbə fins.az


Digər xəbərlər


Yeni "Elektron ipoteka və kredit zəmanət” sistemi artıq vətəndaşların istifadəsinə verildi

İpoteka və Kredit Zəmanət Fondunun yeni «Elektron ipoteka və kredit zəmanət” sistemi əhalinin və fondun müvəkkil təşkilatlarının (banklar, sığor...

Çay və şəkər tozu kəskin şəkildə bahalaşdı

«Türkiye Şeker Fabrikaları A.Ş.» (Türk Şəkər) şəkərin qiymətini 16 faiz artırdığını açıqlayıb  «Türk Şəkər»in rəsmi internet s...

İpoteka üçün staj arayışı almaq bu şəxslər üçün asanlaşdı

Dövlət İmtahan Mərkəzində qeydə alınan müraciətlə bağlı cari vəziyyəti şəxsi kabinetdən izləmək mümkündür İpoteka üçün dövlət qulluğunda staj barə...

Dünyanın inkişaf etmiş ölkələrində “Yaponlaşma” prosesi gedir

Son illər dünyanın inkişaf etmiş ölkələrində “Yaponlaşma” prosesi gedir. Bunu vaxtilə Yaponiya iqtisadiyyatında qeydə alınmış tendensiyaların bir sır...