25.06.2019

Çay və şəkər tozu kəskin şəkildə bahalaşdı

«Türkiye Şeker Fabrikaları A.Ş.» (Türk Şəkər) şəkərin qiymətini 16 faiz artırdığını açıqlayıb
 

«Türk Şəkər»in rəsmi internet səhifəsindən verilən açıqlamada, «50 kiloqramlıq polipropilen kisələrdə qablaşdırılmış kristal şəkərin zavod satış qiyməti, 25.06.2019 tarixindən etibarən etibarlı olmaqla 16% artırılaraq (ƏDV xaric) 3,57 TL/KG olaraq yenidən müəyyən edilmişdir» deyilir.


 
 ÇAY DA 15% BAHALAŞIB
 
 

Çay Müəssisələri Baş İdarəsi (ÇAYKUR) də quru çayın qiymətini 15 faiz artırıb.
 
ÇAYKUR, yaş çay məhsulunun bahalaşmasını, fəhlə və əməliyyat xərclərinin artmasını nəzərə alaraq quru çayın qiymətinin artırıldığını bildirib.
 

ÇAYKUR İdarə Heyətinin qərarı bu gündən etibarən qüvvədə olacaq.
 

Şərqi Qara dəniz bölgəsində bir müddətdir ki, çay sektoru nümayəndələri xərclər artdığından quru çayın satış qiymətinin artırılmasını tələb edirdilər.

Mənbə marja.az


Digər xəbərlər


Manatın sabahkı məzənnəsi

Yanvarın 29-na manatın məzənnəsi açıqlanıb. Mərkəzi Bankdan Gülüstan.info-ya verilən məlumata görə, 29.01.2020-ci il tarixindən etibarən rəsmi məz...

Çindən Azərbaycana bu məhsullar gətirilməyəcək - RƏSMİ

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə Çin Xal...

Dövlət qurumlarının balansında olan avtomobillərin hərracı keçiriləcək

Azərbaycanda fevralın 25-də dövlət qurumlarının balansında olan avtomobillərin hərracı keçiriləcək. Gülüstan.info xəbər verir ki, bu dəfə Mərkəzi ...

Diri quş və quş məhsullarının idxalına QADAĞA

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məq...