14.06.2019

Dərslərin 1 Sentyabrdan başlaması məsələsi ilə bağlı nazir açıqlama verdi

Dərs ilinin müddəti dəyişdirilərkən orta aylıq hava temperaturu ilə bağlı məlumatlar da nəzərə alınıb

Təhsil naziri Ceyhun Bayramov dərslərin sentyabrın 1-dən başlanması ilə bağlı sosial şəbəkələrdə ona ünvanlanan müraciətlərə münasibət bildirib. C.Bayramov deyib ki, nazirliyin bununla bağlı rəsmi mövqeyi dəfələrlə açıqlanıb.

«2015-ci ildən etibarən Nazirlər Kabinetinin müvafiq qərarı ilə tədris ili sentyabrın 15-i başayaraq, iyun ayının 14-nə kimi davam edir. Artıq yeni hazırlanan dərsliklər 32 deyil, 34 həftəlik tədris ili üçün nəzərdə tutulur. 

Bu illər ərzində yenilənməmiş dərsliklərlə bağlı Təhsil İnstitutu tərəfindən metodik tövsiyələr hazırlanaraq yerlərə göndərilib ki, mövcud dərsliklər 32 deyil, 34 həftəlik tədris ili üzrə təşkil olunsun».

Nazir, həmçinin qeyd edib ki, dərs ilinin müddəti dəyişdirilərkən orta aylıq hava temperaturu ilə bağlı məlumatlar da nəzərə alınıb: «Sentyabrın ilk 2 həftəsi ilə iyunun ilk 2 həftəsinin orta aylıq temperaturları arasında fərq yoxdur. Orta aylıq temperatur hesablanarkən son 10 ilin temperaturu nəzərə alınıb. Digər göstərici isə havanın rütubətliliyi ilə bağlıdır. Havada rütubət nə qədər çox olarsa, isti havanı keçirmək bir o qədər çətin olur. Sentyabrın əvvəlində olan rütubət göstəricisi iyun ayının əvvəlində olan göstəricidən yüksəkdir».

Mənbə sputnik.az


Digər xəbərlər


Birinci vitse-prezident Mehriban Əliyeva görkəmli alim Şirməmməd Hüseynovun yas mərasimində iştirak edib

İyunun 25-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva görkəmli alim, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçü...

Leyla Əliyeva Çeçenistanın başçısı Ramzan Kadırovla olan görüşü barədə danışıb

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Minskdə keçirilən II Avropa Oyunları çərçivəsində Çeçenistan Respublikasının başçısı Ramzan Kad...

Xameneyinin 97 milyardı necə olacaq? - Trampdan mükəmməl "qol"!

Xəbər verildiyi kimi ABŞ Prezidenti Donald Tramp İrana qarşı yeni və daha sərt sanksiyaları imzaladığını açıqlayıb. Bu dəfəki sanksiyalar paketində h...

Köçəryan məhkəməni boykot etmək niyyətindədir

Ermənistanın keçmiş prezidenti Robert Köçəryan və onun vəkilləri Apellyasiya Məhkəməsinin yekun qərarının açıqlanacağı iclası boykot etmək niyyətində...