04.06.2019

Diqqət! Bakıda bayram yarmarkaları keçiriləcək

Yarmarka “Kənddən Şəhərə” brendi altında təşkil olunacaq

Ramazan bayramı günlərində paytaxtda iki ünvanda kənd təsərrüfatı məhsullarının satış yarmarkası təşkil ediləcək.

Bunu bayram ərəfəsində yarmarkaların təşkili ilə bağlı mətbuat konfransında Dövlət Aqrar Ticarət Şirkətinin direktoru Leyla Məmmədova bildirib.

Onun sözlərinə görə, yarmarka “Kənddən Şəhərə” brendi altında təşkil olunacaq: “Kənddən şəhərə” Dövlət Aqrar Ticarət Şirkətinin kiçik və orta fermer təsərrüfatı sahiblərinin yetişdirdiyi, eləcə də yerli istehsal ərzaq məhsullarının satışına dəstək məqsədilə həyata keçirdiyi bir layihədir. Bu layihə çərçivəsində yerli istehsal məhsulların vahid marka altında qablaşdırılması, eyni zamanda məhsulların satışına dəstək məqsədilə yeni satış kanallarının yaradılması həyata keçirilir. Ramazan bayramı günlərində paytaxtın iki ünvanında kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkası təşkil ediləcək”.

Mətbuat konfransında bildirilib ki, paytaxt sakinləri Yasamal və Nizami rayonlarında keçiriləcək yarmarkalarda fermerlərin vasitəçilərsiz, birbaşa satışa çıxaracağı keyfiyyətli məhsulları daha ucuz qiymətə ala biləcəklər.

Yasamal rayonunda yarmarka Ələsgər Ələkbərov küçəsində, 225 saylı orta məktəbin qarşısında, Nizami rayonunda isə Qara Qarayev prospekti, 36A ünvanında, “Orbita” Ticarət Mərkəzinin yanında təşkil olunacaq.

L.Məmmədova bildirib ki, iyunun 5-6-da baş tutacaq yarmarkada vətəndaşlarımız ekoloji təmiz, təbii və keyfiyyətli kənd təsərrüfatı məhsullarını əldə edə biləcəklər: “Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlıq çərçivəsində yarmarka ərazisində Qida Təhlükəsizliyi İnstitutunun səyyar laboratoriyaları fəaliyyət göstərəcək və satışa çıxarılan bütün məhsullar yoxlanışdan keçiriləcək”.

Yarmarkada iştirak etmək istəyən fermerlər Dövlət Aqrar Ticarət Şirkətinin rəsmi saytı vasitəsilə (https://agrotrade.gov.az/az/fair) və ya 050 400 88 99 nömrəsinə zəng etməklə qeydiyyatdan keçə bilər. Bundan başqa fermerlər öz rayonunda yerləşən Dövlət Aqrar İnkişaf Mərkəzinə də müraciət edə bilərlər.

Bütün növ yerli kənd təsərrüfatı məhsullarının satışının təşkil ediləcəyi yarmarkada alıcılar meyvə-tərəvəz, müxtəlif çərəzlər, qablaşdırılmış məhsullar, bal, ət və ət məhsulları və s. ala biləcəklər.

Mənbə sputnik.az


Digər xəbərlər


Manatın sabahkı məzənnəsi

Yanvarın 29-na manatın məzənnəsi açıqlanıb. Mərkəzi Bankdan Gülüstan.info-ya verilən məlumata görə, 29.01.2020-ci il tarixindən etibarən rəsmi məz...

Çindən Azərbaycana bu məhsullar gətirilməyəcək - RƏSMİ

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə Çin Xal...

Dövlət qurumlarının balansında olan avtomobillərin hərracı keçiriləcək

Azərbaycanda fevralın 25-də dövlət qurumlarının balansında olan avtomobillərin hərracı keçiriləcək. Gülüstan.info xəbər verir ki, bu dəfə Mərkəzi ...

Diri quş və quş məhsullarının idxalına QADAĞA

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məq...