21.06.2019

Ermənilər Zəngilanda stadion tikdi

Bu günlərdə ermənilər Azərbaycanın işğal edilmiş rayonlarından biri olan Zəngilanda inşası başa çatdırılan stadionun açılışını həyata keçirib.

Erməni mənbələrinə istinadən xəbər verir ki, əsasən kənd uşaqlarının idmanla məşğuliyyəti məqsədi ilə inşa edilən stadion erməni diasporunun qərbdən topladığı ianə hesabına tikilib. Yaxın gələcəkdə Zəngilanda məskunlaşan ermənilər üçün bağça, məktəb və s. müəssisələrin də tikilməsi planlaşdırılır. Həyata keçiriləcək layihələrin icrasına əssən ABŞ-da yerləşən bəzi fondların cəlb ediləcəyi gözlənilir.

Xatırladaq ki, bu, ermənilərin işğal edilmiş Azərbaycan torpaqlarında inşa etdiyi ilk idman obyekti deyil. Bundan öncə də erməni mediasında işğal edilmiş torpaqlarda müxtəlif idman müəssisə və obyektlərinin inşası ilə bağlı narahatverici məlumatlar yer alıb.

Mənbə moderator.az


Digər xəbərlər


270 tibb işçisi Festival günlərində yarışlar zamanı növbə çəkəcəklər

Səhiyyə Nazirinin müvafiq əmrinə əsasən 15-ci Avropa Gənclər Yay Olimpiya Festivalı keçiriləcəyi dövrdə, müəyyən olunmuş yerlərdə 41 Təcili Tibbi Yar...

Jurnalistlər üçün pulsuz müayinə keçiriləcək

Milli Mətbuatın 144-cü ildönümü ilə bağlı Apifioterapiya Mərkəzi ilə Parlament Jurnalistlər Birliyi birgə layihə həyata keçirəcək. Bu barədə Apifiote...

Azərbaycan futbolu tarixində yeni rekord - 6:0 hesablı qələbə

“Neftçi” komandası Azərbaycanın futbol tarixinə düşüb. “Ağ-qaralar” ölkəmizə 1994-cü ildən çıxış etdiyi avrokuboklarda ən böyük hesablı qələbəsini...

FaceApp istifadə edirsiniz? bəs bu proqram haqda nə bilirsiniz?

Bir zamanlar Pokemon Qo məşhurlaşdığı kimi, indi də FaceApp adlı bir tətbiq sosial şəbəkə istifadəçiləri arasında çox populyar olub. Aralarında aktyo...