12.06.2019

“Ermənistan Rusiyadan bu günə kimi heç bir silah almayıb” — DEPUTAT

Elman Məmmədov: “Rusiya çar dönəmindən erməniləri silahlandırmaq və qorumaqla məşğuldur”

Rusiyanın Ermənistanı silahlandırması, işğalçı ölkəyə müasir artilleriya sistemləri, qırıcı təyyarələr və s. verməsi torpaqları işğal altında olan Azərbaycanda daim narahatlıqla qarşılanan məsələlərdən biridir. Paşinyanın bir müddət bundan öncə Rusiyadan yeni silahalr alacağı ilə bağlı məlum bəyanatı isə bu narahatlığı bir qədər də artırmaqdadır.

Məsələ ilə bağlı açıqlama verən millət vəkili Elman Məmmədov Ermənistanın Rusiyadan silah alacaq qədər vəsaitinin olmadığını, bu silahların zaman-zaman düşmən ölkəyə qarşılıqsız olaraq verildiyinə diqqət çəkdi:

“Ermənistan Rusiyadan bu günə kimi heç bir silah almayıb. Bu gündən sonra da Ermənistan Rusiyadan heç bir silah almayacaq. Onlara silahı hər zaman Rusiya özü verib və bundan sonra da verəcək. Ermənistanın guya bu silahları alması ilə bağlı deyilənlər gözə kül üfürməkdən başqa bir şey deyil. Ermənistanın silah alacaq maddi gücü yoxdur. Rusiya tarix boyu, çar Rusiyası dönəmində də erməniləri silahlandıraraq qoruyub. Sovetlər İttifaqında da onları silahlandırıb qoruyub. Rusiya bu gün də eyni işi görür. Bu, bizim üçün yeni bir şey deyil.

Rusiyanın müsir silahlarla silahlanmış böyük bir ordusu Ermənistan ərazisində yerləşir. Onlar Ermənistanın sərhədlərini, eləcə də hava məkanını qoruyur. Erməniləri lazımi silah-sursatla təmin edir. Reallıq bundan ibarətdir”.

Mənbə moderator.az


Digər xəbərlər


Birinci vitse-prezident Mehriban Əliyeva görkəmli alim Şirməmməd Hüseynovun yas mərasimində iştirak edib

İyunun 25-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva görkəmli alim, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçü...

Leyla Əliyeva Çeçenistanın başçısı Ramzan Kadırovla olan görüşü barədə danışıb

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Minskdə keçirilən II Avropa Oyunları çərçivəsində Çeçenistan Respublikasının başçısı Ramzan Kad...

Xameneyinin 97 milyardı necə olacaq? - Trampdan mükəmməl "qol"!

Xəbər verildiyi kimi ABŞ Prezidenti Donald Tramp İrana qarşı yeni və daha sərt sanksiyaları imzaladığını açıqlayıb. Bu dəfəki sanksiyalar paketində h...

Köçəryan məhkəməni boykot etmək niyyətindədir

Ermənistanın keçmiş prezidenti Robert Köçəryan və onun vəkilləri Apellyasiya Məhkəməsinin yekun qərarının açıqlanacağı iclası boykot etmək niyyətində...