11.06.2019

Ermənistanda cinayətkar hakimiyyətin daha iki üzvünə cinayət işi açıldı

Ermənistanın keçmiş Maliyyə və Kənd Təsərrüfatı nazirləri Qaqik Xaçatryan və Serqo Karapetyana qarşı rəsmi ittiham irəli sürülüb. Onların adları dövlət subsidiyaları çərçivəsində fermerlərə lüqotlu qiymətlərə gübrələr ayrılması ilə bağlı cinayət işində hallanıb.

Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

KİV-in yazdığına görə, keçmiş nazirlər Ermənistan dövlətinə milyard dram məbləğində (təxminən iki milyon dollar) zərər vurub. Zərərin böyük hissəsi artıq ödənilib.

Maraqlıdır ki, Xaçatryan Karapetyanın üzərinə düşən ödənişi öz öhdəsinə götürüb.

Bundan əvvəl Ermənistanın Araqatsot vilayətində fermerlərə gübrələrin paylanması zamanı baş verən sui-istifadə halları ilə əlaqədar doqquz cinayət işi açılıb.

Mənbə moderator.az


Digər xəbərlər


Tramp Qrenlandiyanı almaq istədiyini bildirib

Amerika Birləşmiş Ştatları Prezidenti Donald Tramp bundan əvvəl Qrenlandiyanı Danimarkadan həqiqətən almaq istədiyini etiraf edib.  Bu barədə...

Qırğızıstan məhkəməsi Atambayevlə bağlı qərarını verdi

Qırğızıstanın Bişkek şəhər məhkəməsi sabiq prezident Almazbek Atambayev haqqında həbs-qətimkan tədbiri qərarını qüvvədə saxlayıb. A.Atambayev avqu...

Azərbaycanlı icması çağırış etdi

“Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanın işğal altında olan əraz...

Tramp: "Çin bizim üçün problem deyil"

Federal Ehtiyyatlar Sistemi (FES) faiz dərəcəsini çox ləng azaldır. «RİA Novosti»yə istinadən verilən məlumata görə, bunu öz «Twitt...