19.06.2019

Facebook şirkəti rəsmi olaraq Libra adlı kriptovalyutasını təqdim etdi

Facebook şirkəti özünün blockchain layihəsi olan Calibra.com saytını təqdim edərək Libra adlı kriptovalyutasını anons etdi. Sözügedən layihənin inkişafı ilə Mastercard, Visa, Spotify, PayPal, eBay, Uber, Vodafone şirkətləri ilə Andreessen Horowitz və Thrive Capital vençur şirkətlərinin daxil olduqları konsorsium məşğul olacaq. Bu barədə Rusbase saytı xəbər verib. Qeyri kommersiya məqsədli təşkilatlar istisna olmaqla hər bir iştirakçı şirkət bu layihəyə 10 milyon dollar investisiya yatıracaq. Layihənin işə salınması isə 2020-ci ilin əvvəlinə planlaşdırılır. Yeni kriptovlayuta ilə çalışmaq üçün Facebook şirkəti Calibra adlı elektron portmanatı işə salıb.

İstifadəçilərin gündəlik təhlükəsiz şəkildə əməliyyatlarının reallaşdırılması üçün sistem blockchain texnologiyası əsasında qurulub. Şirkət artıq onun test olunması üçün sorğuların qəbuluna start verib. Libra dələduzluqların yoxlanılmasında və onlardan qorunmasında bankların istifadə etdikləri alətlərdən istifadə edəcək. İstifadəçilərin hesabları ilə bağlı dələduzluq hallarının aşkar edilməsi halında Calibra dəymiş zərəri istifadəçilərə ödəməyi söz verir. Calibra Android və iOS əməliyyat sistemləri üçün nəzərdə tutulmuş fərdi tətbiq kimi fəaliyyət göstərəcək. Bununla yanaşı o, Whatsapp və Messenger-ə də sıx inteqrasiya olunacaq.

Layihənin saytında qeyd olunub ki, bu üsulla 2.7 milyard insan şirkətin müştərisinə çevriləcək. Libra kriptovalyutası real aktivlərə birləşmiş olacaq. Bura həmçinin bank depozitləri və dəyərli dövlət kağızları da daxildirlər. Bu isə öz növbəsində investorlara arxayınlıq verməlidir ki, onlar Libra-nı real valyutaya konvertasiya edə biləcəklər. The Guardian saytının apardığı sorğuda iştirak etmiş analitiklərin fikrincə kriptovlyutanın işə salınması Facebook şirkətinin gəlir yüksəlişinə təkan verə bilər. Belə ki. şirkətin gəlir yüksəlişi zəifləməyə davam edir. Calibra Facebook-un strukturuna daxil olan şirkətdir və o, Facebook-dan müstəqil şəkildə fəaliyyət göstərir.

Mənbə technote.az


Digər xəbərlər


Bu xidmət də ASAN Xidmət-ə verilir

İstilik şəbəkələrinə qoşulma və istilik enerjiindən istifadə üçün texniki şərtlərin verilməsi qaydaları ASAN Xidmət-ə verilir. Bunu Oxu.az-a ...

“App Store” 180 ədəd proqramı silir

“Apple” şirkəti “App Store” əlavələr dükanında elektron siqaret çəkməklə (veypinq) bağlı 180-dən artıq proqramı siləcək. “Apple İnsider”ə ist...

Aztəminatlı ailələr üçün meyvə bağları salınıb (FOTO)

IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) birgə təşəbbüsü ilə noyabrın 14-...

Mark Zuckerberg TikTok-u niyə ala bilmədi?

Facebook şirkəti 2016-cı ildə bir neçə ay ərzində qısa musiqili videolar servisi olan Musical.ly-nialmaq üçün danışıqlar aparırdı. Lakin mü...