27.06.2019

FedEx şirkəti ABŞ ticarət nazirliyini məhkəməyə verib — Sanksiyalara və Huawei’yə görə

ABŞ-ın poçt və kuryer xidmətlərini təqdim edən FedEx şirkəti ABŞ-ın ticarət nazirliyini məhkəməyə verib. Belə ki, FedEx hökumət tərəfindən qəbul olunmuş eksport yoxlanışı qanunundan şikayətçidir. Bu qanuna əsasən kuryer sahəsində fəaliyyət göstərən bütün şirkətlər eksport qanunlarının pozulub-pozulmaması üzrə bütün bağlamaların içlərini yoxlamalıdır. Bu barədə CNN saytına istinadən Gagadget saytı xəbər verib.

FedEx fikirləşir ki, bu cür qanun ölkə konstitusiyasını, əsasən də özəl həyat hüququnu pozur. Bununla yanaşı FedEx fiziki cəhətdən hər bir bağlamanı yoxlamaq gücündə deyil. Belə ki, gün ərzində bu cür bağlamaların sayı 15 milyondur. “FedEx hüquq-mühafizə orqanı deyil, transport şirkətidir” — deyə şirkət bildirib.

Bir neçə gün bundan öncə isə FedEx Huawei ilə bağlı böyük beynəlxalq qalmaqala düşdü. Belə ki, PCMag.com saytının britaniyalı jurnalisti öz amerikalı həmkarlarına Huawei P30 Pro smartfon modelini göndərmək istəyib və bu mövzuda FedEx-in xidmətlərindən istifadə edib. Lakin bir neçə gündən sonra həmin bağlama Londona geri qayıdıb və bağlamanın üzərində belə bir yazı olub:

“Bağlama ABŞ hökumətinin Çin hökuməti və Huawei şirkəti ilə olan gərgin əlaqələri səbəbilə geri qaytarılıb”. FedEx təmsilçiləri artıq bu mövzuda üzr istəyiblər və bunu əməliyyat səhvi adlandırıblar. ABŞ-ın ticarət nazirliyi hələki FedEx-in məhkəmə iddiasına baxmayıb. Lakin o yenə də beynəlxalq təhlükəsizlik rolunu qorumağa hazırdır.

Mənbə technote.az


Digər xəbərlər


Bu xidmət də ASAN Xidmət-ə verilir

İstilik şəbəkələrinə qoşulma və istilik enerjiindən istifadə üçün texniki şərtlərin verilməsi qaydaları ASAN Xidmət-ə verilir. Bunu Oxu.az-a ...

“App Store” 180 ədəd proqramı silir

“Apple” şirkəti “App Store” əlavələr dükanında elektron siqaret çəkməklə (veypinq) bağlı 180-dən artıq proqramı siləcək. “Apple İnsider”ə ist...

Aztəminatlı ailələr üçün meyvə bağları salınıb (FOTO)

IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) birgə təşəbbüsü ilə noyabrın 14-...

Mark Zuckerberg TikTok-u niyə ala bilmədi?

Facebook şirkəti 2016-cı ildə bir neçə ay ərzində qısa musiqili videolar servisi olan Musical.ly-nialmaq üçün danışıqlar aparırdı. Lakin mü...